1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Müşahidı, təcrübə və ölçmə emprik metodlar kimi. Müqayisə və analogiya təlim metodları kimi



Yüklə 388,38 Kb.
səhifə7/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   2   3   4   5   6   7   8   9   10   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

9.Müşahidı, təcrübə və ölçmə emprik metodlar kimi. Müqayisə və analogiya təlim metodları kimi.
Müşahidə-real aləmdəki ayrı-ayrı obyekt və hadisələrin xassə və münasibət lərinin öyrənilməsi və aşkar edilməsi metodudur. Belə ki, obyektin əlamətləri mövcüd olduğu təbii şəraitdə nəzərdən keçirilir.
Təcrübə- elə öyrənmə metodudur ki, obyekt və hadisələri süni şəraitdə hissələrə ayırıb, sonra digər obyekt və hadisələrlə birləşdirərək öyrənməkdən ibarətdir. Müşahidə təcrübə və ölçmə bir metod kimi bu və ya digər riyazi təklifin və ya xassənin dogru olub olmadığını aşkar etməkdə mühüm rol oynayır. Xüsusəndə həndəsənin öyrənilməsində daha çox istifadə olunur. Lakin hər dəfə müşahidə, təcrübə və ölçmə nəticələrini ciddi əsaslandırma kimi qəbul etmək olmaz.
Müqayisə və analogiya- məntiqi təfəkkür priyomları olub, riyaziyyat təlimində istifadə olunur. Müqayisə öyrənilən obyektin oxşar və fərqli xassələrinin müəyyənləşdirilməsi deməkdir. Müqayisədə düzgün nəticə alınması üçün aşağıdakı iki şərt ödənməlidir:

  1. Müqayisə olunan anlayışlar bircinsli olmalıdır.

  2. Obyektlərin mühüm əlamətləri nəzərdən keçirilməlidir.

Müqayisədən istifadə edilməsi analogiyanın tətbiqi üçün zəmin yaradır.
Analogiya- müxtəlif obyektlərə o zaman tətbiq olunur ki, həmin obyektlərin riyazi modelləri eyni olsun. Əksər tədris materialının öyrənilməsində ardıcıllığın gözlənilməsi təlimdə analogiyanın tətbiq edilməsindən irəli gəlir. Analogiya bir metod kimi didaktik vahidlərin artırılmasında mühüm rol oynayır.


10.Ümümiləşdirmə mücərrədləşdirmə və konkretləşdirmə təlim metodları kimi.
Ümümiləşdirmə və mücərrədlöşdirmə məntiqi priyom olub idrak prosesində demək olar ki, həmişə tətbiq olunur. Ümümiləşdirmə fikrin ifadəsi olub, yalnız verilmiş əşyalar və ya münasibətlər sinfinə aid olan hər hansı mühüm əlamətlərin qeyd edilməsidir. İbtidai siniflərdə düzbucaqlı anlayışını formalaşdırmaq üçün müxtəlif materiallardan hazırlanmış düzbucaqlı modelləri aşkar edilir və mühüm əlamətləri eyni olan bütün düzbucaqlılıar bir sinfə aid edilir. Deməli xüsusi hallar əsasında ümumi nəticəyə gəlirik.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin