6.Riyaziyyat təlimində şüurluluq və fəallılıq,biliklərin möhkəmliyi, sistematik və ardıcıllıq, fərdi yanaşma prinsipləri. Məktəb təcrübəsi əsasında pedaqogika elmi didaktikanın əsas qanunauyğunluqlarından doğan elə məsələləri işləyib hazırlamışdır ki, onlar ayrı-ayrı fənlərin effektiv təliminə böyük təkan verir. Bu cür məsələlər sistemi didaktik prinsiplər adlanır. Bu prinsiplər haqqında məlumat verək
Şüurluluq və fəallıq prinsipinin mahiyyəti öyrənilən hadisə və qanunauyğunluqların məqsədyönlü dərk edilməsindən ibarətdir. Bu prinsipi həyata keçirmək üçün aşağıdakı şərtlərə əməl olunmalıdır.
Təlim prosesində şagirdin təfəkkür fəallığının təmin olunması
Təlim prosesinin şagird tərəfindən dərk edilməsi.
Didaktikada şüurluluq dedikdə tədris materialının dək edilməsi, qazanılmış biliklərin praktikada tətbiq edilməsi kimi başa düşülür.
Fəallılıqdedikdə əqli gərginliyə can atmaq, iradəli göstərmək kimi keyfiyyətlər nəzərdə tutulur.
Biliklərin möhkəmliyi prinsipi həm məktəbin qarşısında duran vəziflərlə və həm də prosesinin qanunauyğunluqları ilə şərtlənir. Bu şərtlər aşağıdakı kimi ifadə olunur:
Təlimin elmliyi; 2. Biliklərin qazanılmasında fəallıq göstərilməsidir.Riyaziyyat təlimində sistematik və ardıcıllıq prinsipi fənnin tədris xususiyyəti, məntiqi strukturu ilə şərtlənir. Riyaziyyat təlimində sistematiklik dedikdə müəyyən ardıcıllığın gözlənilməsi nəzərdı tutulur. Riyaziyyat təlimində ardıcıllıq prinsipi o deməkdir ki təlim onun qaydaları əsasında keçirilsin: Sadədən mürəkkəbə, asandan çətinə və s.
Riyaziyyat təlimində hər bir şagirdin fərdi xususiyyətlərinin nəzərə alınması öyrənmənin keyfiyyətini artırır.
7.Fəal təlim prinsipləri. Şəxsiyyətə yönəlmiş, fəal idrak və inkişafedici prinsiplər. 1.Şəxsiyyətə yönəlmiş təlim prinsip. Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır. Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. 2. Fəal idrak prinsipi Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir. 3. İnkişafedici təlim prinsipi Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaş dırmalıdır.