1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Fəal təlim metodları. Sorğu vərəqləri və müsahibə, Qərarlar ağacı, Problemli vəziyyət, Ziqzaq, Karusel



Yüklə 388,38 Kb.
səhifə14/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   10   11   12   13   14   15   16   17   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

17.Fəal təlim metodları. Sorğu vərəqləri və müsahibə, Qərarlar ağacı, Problemli vəziyyət, Ziqzaq, Karusel.
Sorğu vərəqləri və müsahibə-Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır. Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
Qərarlar ağacı.-Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq məqsədi daşıyır. Müzakirə olunacaq problem izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və catışmamazlıqlarını təhlil edir. Son nəticə qərar hissəsində yazılır.
Problemli vəziyyət-Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür.Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir.Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Ziqzaq-Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
Karusel.-Dərsdən əvvəl iri ağ kağızlarda mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. "Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.



Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin