1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Hər şagird yeni materialı mənimsəməyə nə dərəcədə qadirdir



Yüklə 388,38 Kb.
səhifə10/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   6   7   8   9   10   11   12   13   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

Hər şagird yeni materialı mənimsəməyə nə dərəcədə qadirdir

  • Hansı dərs kollektiv hansı dərs qruplara sərf olunmalıdır

    Təlim prosesində şagirdlərə fərdi yanaşma və təlimin fərdləşdirilməsi formaca müxtəlif olsalarda, hər ikisinin məqsədi idrak marağının inkişaf etdirilməsi, intelektual qabiliyyətin və istedadın, müstəqil tədris fəaliyyəti vərdişlərinin inkişaf etdirilməsidir.
    Riyaziyyat təlimini fərdləşdirmək üçün üç əsas istiqamət təklif edilir;

    1. Nisbətən eyni səviyyəli şagirdlərdən tədris qrupunun yaradılması

    2. Riyaziyyat kursunun sürətlə və ya ləng keçilməsi

    14.Riyaziyyat tədrisində evristik metod. Didaktik oyunlar və əyləncəli çalışmalar metodu.
    Başqa elmlərlə müqayisədə evristika olduqcq gəncdir. O fəlsəfə, psixologiya və pedaqogika elmləri qovşağında yaranmışdır. Evristika kəşflərin əvvəllər məlum olmayan həqiqətlərin aşkar edilməsi yollarını öyrənir. Evristika fəaliyyət insan təfəkkürü forması olub, yeni fəaliyyət sistemi yaradır və ya insanı əhatə edən və elmin öyrənməyə məşğul olduğu obyeklərin əvvəllər məlum olmayan qanunauyğunlarını aşkar edir. Riyaziyyat tədris metodikasında evristik metod və ya evristik söhbət tətbiq olunur. Təlimdə evristik metod dedikdə tədris materialının müəllim tərəfindən şərhi nəzərdə tutulur. Evristik metod elə təlim metoduna deyilir ki müəllim öyrənilməsi nəzərdə tutulan məlumatı hazır şəkildə şagirdlərə vermədən, onları müstəqil surətdə təklif və qaydaları yenidən kəşf etməyə istiqamətləndirir. Təlim prosesində evristik metod müəllimin şərhi ilə şagirdlərin yaradıcı axtarış fəaliyyətlərinin əlaqələndirilməsinə imkan yaradır.
    Riyaziyyatın ibtidai siniflərdə tədrisi prosesində şagirdlərdə emosianal münasibət və onu öyrənməyə həvəs əsas şərtlərindən biridir. Oyun prosesində uşaq ətraf mühiti, həyatı əyləncəli şəkildə bir qədər dərindən və asandan dərk edir. Riyaziyyat dərslərində oyun və əyləncəli çalışmaların daxil edilməsi təlimi canlı və maraqlı edir. Məktəb təcrübəsində didaktik oyunlar və əyləncəli çalışmalar riyaziyyat təlimində metodik priyom kimi tətbiq olunur. Həmin çalışmalar elə seçilməlidir ki, onların həlli və hesablama üsulları şagirdlər üçün çətinlik törətməsin. Didaktik oyun və əyləncəli çalışmalara sehirli ədədlər, labrintlər, hesab latosu, damino, kibrit çöpləri ilə oyun aiddir.Təlim prosesində adi misallara da əyləncə xarakteri vermək olar.



    Yüklə 388,38 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   6   7   8   9   10   11   12   13   ...   47




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin