1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Riyaziyyat tədrisi metodikasının başqa elmlərlə əlaqəsi



Yüklə 388,38 Kb.
səhifə3/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   2   3   4   5   6   7   8   9   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

3.Riyaziyyat tədrisi metodikasının başqa elmlərlə əlaqəsi.
Riyaziyyat tədrisi metodikası müxtəlif elmlərlə əlaqədardır. İstənilən elmin, o cümlədən fənlərin tədrisi metodikasının metodoloji əsasını idrak nəzəriyyəsi təşkil edir.Riyazi anlayışların formalaşmasında başlanğıc moment təcrübədir, həmçinin bizi əhatə edən əşya və hadisələrin fəza formaları və miqdarı münasibətlərin müşahidə edilməsidir. İdrak prosesinin ikinci mərhələsi riyaziyyat və riyaziyyat tədrisi metodikasında xüsusi əhəmiyyət kəsb edir. Riyaziyyatda mücərrəd ədədlər üzərində əməllərin aparılması onun məzmununu, əsas metodunu təşkil edir. Riyazi anlayışların formalaşması mücərrədləşdirmə ilə əlaqədardır. İdrak prosesinin 3 mərhələsini göstərmək olar:

  1. Birinci mərhələ- canlı müşahidə mərhələsidir

  2. İkinci mərhələ- mücərrədləşmə və ümümiləşdirmə mərhələsi

  3. Üçüncü mərhələ- qazanılmış bilik və bacarıqların misal və məsələ həllindı tətbiq edilməsidir.

Riyaziyyat tədrisi metodikası didaktika və pedaqoji psixologiya ilə əlaqədardır. Didaktika təlim nəzəriyyəsindən, təlimin prinsiplərindən bəhs edir.
Riyaziyyat tədrisi prosesində elmilik və sistematiklik bilavaistə riyaziyyatdan asılıdır. Belə ki riyazi anlayışlar uşaqların yaş səviyyəsinə uyğun şərh edilir.
Riyaziyyatın ibtidai kursunda nəzəriyyə ilə praktikanın əlaqəsi şagirdlərin əmək fəaliyyəti ilə bağlı olur. Bəzən deyirlər ki riyaziyyat müəlliminə psixologiya və pedaqogikanı bilmək vacib deyil. Lakin bu yanlışdır. Tələbənin imtahanda zəif cavab verməsi heç də zəif və ya tənbəl olmaı ilə izah edilə bilməz. Ali məktəblərdə psixologiyanın və pedaqoji psixologiyanın tədrisi tələbələrin peşə hazırlığında mühüm rol oynayır. Cünki psixologiya elmi riyaziyyat təliminin priyom və formalarının müəyyən edilməsinə kömək edir. Elmdə yaradıcı iş və müvafiq fənnin tədrisi biri elm kimi psixologiya və pedaqogika elmləri ilə sıx əlaqədardır.
4.İbtidai siniflərdə riyaziyyat təliminin vəzifələri.
Şagirdlərin riyazi hazırlığının gücləndirilməsi ümumtəhsil məktəbləri qarşısında duran ən mühum vəzifədir. Bir tədris fənni kimi riyaziyyat qarşısında olduğca mühüm vəzifələr durur. Ən mühüm vəzifəsi- ibtidai məktəb şagirdlərinin zəruri olan riyazi bilik, bacarıq və vərdişlərlə silahlandırmaqdır.
Şagirdlərin riyazi biliklərinin zənginləşdirilməsi, onların inkişafı pedaqoji presesin iki tərəfini təşkil edir. Şagirdlər riyaziyyat öyrənmə presesində proqramın müəyyən etdiyi biliklər sisteminə yiyələnməlidirlər.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin