Riyaziyyat təlimi şagirdlərin məntiqi təfəkkürünü, yaddaşını, diqqətini inkişaf etdirir. Riyaziyyat təlimi zamanı şqgirdlər öyrənirlər ki riyazi anlayışlar həyatdan götürülmüşdr. İlk dəfə şagirdlərə konkretlikdən mücərrədliyə keçmə bacarığı öyrədilir və bununla mücərrəd təfəkkürün əsası qoyulur. Məsələn: Verilmiş təklifdən məntiqi nəticə çıxarmaq və s. Riyaziyyat dərsləri şagirdlərdə fikir aydınlığı, nitqin dəqiqliyi üçün böyük imkanlar açır. Biliklərin mənimsənilməsi, şagirdlərin dərketmə bacarıqlarının formalaşdırılması ibtidai siniflərin riyaziyyat təlimində aparıcı olmalıdır.
5.Riyaziyyat təlimində elmilik və müyəssərlik tərbiyə və əyanilik prinsipi.Məktəb təcrübəsi əsasında pedaqogika elmi didaktikanın əsas qanunauyğun luqlarından doğan elə məsələləri işləyib hazırlamışdır ki, onlar ayrı-ayrı fənlərin effektiv təliminə böyük təkan verir. Bu cür məsələlər sistemi didaktik prinsiplər adlanır. Riyaziyyat metodik ədəbiyyatda aşağıdakı didaktik prinsiplərdən istifadə olunur:
Elmilik və müəyəssərlik prinsipi
Tərbiyə prinsipi
Əyanilik prinsipi. Bunlar haqqında məlumat verək.
Müyəssərlk prinsipində şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınır. Müyəssərlik prinsipini həyata keçirmək üçün aşağıdakı tələblərə əməl olunmalıdır: Sadədən mürəkkəbə; Asandan çətinə; Məlumdan məchula Təlim prosesində tərbiyə dedikdə- məqsədyönlü şəkildə şagirdlərdə düzgün dümyagörüşü yaratmaq, təbiət və cəmiyyət hadisələrindən baş cıxarmaü nəzərdə tutulur. Riyaziyyat təlimi prosesində tərbiyə etmək bu fənnə şagirdlərdə maraq oyatmaq, yeni biliklər qazanmağa, onları möhkəm mənimsəməyə cəhd göstərmək deməkdir.
Əyaniliyi-təlimin prinsipi kimi ilk dəfə nəzəri cəhətdən əsaslandıran Komemski olmuşdur. Əyanilik prinsipi şagirddə öyrənəcəyi materialın təsəvvür etmə, dərk etmə prosesinin mahiyyətindən doğur. Şagird əşyanın xarici xassələrini öyrənərək, əşyanın şəklini nəzərdən keçirməklə bilavaistə bilik qazana bilər