Dərsin planı aşağıdakı ardıcıllıqla tərtib olunur:
-Standarlar
-Dərsin mövzusu
-Dərsin məqsədləri
-Təlim üsulları
-Sinifdə iş formaları
-İstifadə ediləcək resurslar
-Dərsin mərhələlərlə gedişinin təsviri.
Riyaziyyat təlimində aşağıdakı planlaşdırma növlərindən İstifadə edilir:
1) Perspektiv planlaşdırma;
2) Cari (gündəlik) planlaşdırma.
Hər bir müəllim məktəbinin şəraitini və şagirdlərin inkişaf Səviyyəsini nəzərə almaqla növbəti dərs ili üçün perspektiv (illik və ya yarımillik) planlaşdırma tərtib etməlidir. Perspektiv Planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının Düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsipi Nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı Baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru olmalıdır.Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını Müəyyən etməkdir. Riyaziyyat fənninin bir çox fənlərlə İnteqrasiyası mümkündür. Burada bir fənnin əldə etdiyi nəticələrdən o biri fəndə də istifadə edilir. Perspektiv planlaşdırma aparmaq üçün lazım olan bacarıqlardan biri də mövzuya uyğun resursların seçilməsidir. Riyaziyyat fənninin tədrisində istifadə olunan ən mühüm resurslar İKT, Kalkulyator, loqarifmik xətkeş, ölçmə cihazları (xətkeş, tran-Sportir, müxtəlif pərgarlar) və sairdir. Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır. Müəllim mövzuların çətinlik dərəcəsinə görə onlara verilən vaxtı özü azaldıb, artıra bilmək bacarığına malik olmalıdır.Müəllim gündəlik dərs planını əvvəlcədən tərtib etməlidir. Ona görə də dərs planında məzmun standartlarından çıxış edərək Təlimin məqsədini, təlim məqsədinin reallaşdırılması üçün yararlı ola bilən fəal təlimin forma və üsullarını, təlim Tapşırıqlarını, qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Belə dərslərdə əvvəlcə öyrəniləcək mövzuya çıxaracaq Problem qoyularaq motivasiya yaradılır. Motivasiya təhrik etmə, Sövq, həvəs yaratmaq deməkdir. Yəni şagirdlərin təlimə Marağını problemin həllinə doğru fəal, canlı şəkildə İstiqamətləndirir. Tədqiqat sualının ortaya qoyulması vacib şərtlərdən biridir . Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan Yaratmış olur. Tədqiqat sualı tədqiqat işinin həyata keçirilməsini Tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd Olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan Məlumatlar təşkil və təsnif olunur. Alınan qənaətlər müqayisə Olunaraq nəticələr çıxarılır. Bu zaman təlim elə təşkil Olunmalıdır ki, şagirdlər yeni biliklər almaqla yanaşı, onlar tətbiq etmək bacarıqlarına yiyələnsinlər
Dostları ilə paylaş: |