1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)


Müasir Azərbaycan ədəbi dilinin normaları



Yüklə 245 Kb.
səhifə10/42
tarix02.01.2022
ölçüsü245 Kb.
#41077
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Müasir Azərbaycan ədəbi dilinin normaları

Müasir Azərbaycan ədəbi dili onun dəyişilməzliyindən (sabitliyindən) irəli gələn mükəmməl, sabit normalara malikdir. Bu normaların müəyyən tarixi təkamül nəticəsində əmələ gəldiyini xatırlatmaq yerinə düşər. Onlar həmçinin dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin aşağıdakı normaları vardır:


  1. Fonetik norma

  2. Leksik -(leksik-semantik) norma

  3. Qrammatik (morfoloji və sintaktik) norma

Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Türk dillərinin, o cümlədən də Azərbaycan dilinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir. Ədəbi dil normaları bir sistem olmasına baxmayaraq, həm də müstəqil xarakterli nəsnədir. Nitq mədəniyyətinin ən mühüm şərti onun ədəbi dil normalarına tabe olmasından, bu normaların qoyduğu tələbə cavab verməsindən ibarətdir.

Dilimizin fonetik, leksik, qrammatik normaları normativ qrammatikalarda, dərslik və lüğətlərdə əks olunur.



FONETİK NORMA

Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır.



  • Ədəbi dildə sözün tələffüz qaydası orfoepik norma adlanır. Azərbaycan ədəbi dilinin orfoepik norması orfoepik lüğətlərdə əks olunur.

  • Ədəbi dildə sözün yazılış qaydası orfoqrafik norma adlanır. Orfoqrafik norma orfoqrafiya lüğətlərində əks olunur.

  • Xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdəki defis işarəsinin qoyulması, durğu işarələrinin istifadəsi orfoqrafik norma ilə müəyyənləşir.

  • O, həm orfoepik, həm də orfoqrafik dilin fonetik quruluşu ilə müəyyən edilir.

  • Fonetik normada dəyişmə gec olur.

Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər özünü göstərir. Bu baxımdan dilimizdə elə sözlər vardır ki, onların tələffüz edildiyi kimi yazılması, yaxud əksinə, yazıldığı kimi tələffüz edilməsi səhvdir.


Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin