1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)



Yüklə 245 Kb.
səhifə7/42
tarix02.01.2022
ölçüsü245 Kb.
#41077
1   2   3   4   5   6   7   8   9   10   ...   42
Dil, nitq və nitq fəaliyyəti
Dil insanlar arasında ünsiyyət vasitəsi olaraq, mücərrəd işarələr sistemindən ibarətdir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.

Nitq ünsiyyət prosesinin özüdür. Nitq bu və ya digər informasiyanın ifadə tələbinə uyğun olmaqla, dilin daxili imkanları (ifadə) əsasında reallaşır. Dil əsas, nitq isə ondan törəmə olan nəsnə – məfhumdur. Dil tarixən az, nitq isə ona nisbətdə daha çox dəyişkəndir. Məsələn: Dilimizin keçən əsrə aid quruluşu müasir dövrümüzə xas quruluşundan o qədər də fərqlənməməsinə və həmin yüzillikdə yaşayan şəxslərin də təbii ki, Azərbaycan dilində danışmasına rəğmən, onların diksiya və fikirlərini ifadə quruluşu indikindən çox fərqli olub.

Nitq fəaliyyəti nitqin reallaşmasını zəruri edən ictimai, psixoloji və fizioloji proseslər toplusudur.

Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai ( sosial ), psixoloji və fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir, dinləyib anlama, danışma, oxu və yazı formalarında təzahür edir.


Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin