1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)


Qrammatik norma dedikdə, aşağıdakılar nəzərdə tutulur



Yüklə 245 Kb.
səhifə15/42
tarix02.01.2022
ölçüsü245 Kb.
#41077
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
Qrammatik norma dedikdə, aşağıdakılar nəzərdə tutulur.

  1. Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: iki əsgər, altı kitab və s. “İki əsgərlər”, “altı kitablar” demək yanlışdır. Bu halda qrammatik norma pozulmuş olur.

  2. Adlara (isim, sifət, say və s. ) əvvəlcə cəm, sonra mən­subiyyət, daha sonra hal və sonra xəbərlik şəkilçi-şəxs sonluqları qoşulur. Məsələn: ev-lər-imiz-dən-dir; yaxşı-lar-ınız-ın-dır və s.

  3. Feil kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbərlik şəkilində artırılır. Məs: don-dur-ul-malı-dır: çıx-ar-ıl-sa-nız və s.

Uşaqlar hər zaman oxuyarlardı cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -dı sıranı pozub. Halbuki, bu şəkilçi -lar2 şəkilçisindən əvvəl gəlməli idi.

  1. Azərbaycan dilçiliyində belə bir qayda var ki, “nə” inkar bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Nə gəlir, nə də yazır. Bu hal gözlənilmədikdə, yeni feil inkarda olduqda, qrammatik norma pozulmuş hesab olunar: Nə gəlmədi, nə yazmadı.

  2. Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə də kəmiyyətə görə uzlaşır. Məsələn: Biz oxuyuruq, onlar işləyir.

Qeyd: Eyni zamanda belə bir qayda da var: Mübtəda cansız əşyalarla ifadə olunduqda, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma prosesi pozulur. Məsələn: otlar (mübtəda) tərpənir ( xəbər). Əgər bu cümlə otlar tərpənirlər şəkilində işlənsə idi, qrammatik şərtilik pozulardı – qrammatik şərtə görə cəmdə olan mübtəda cansız əşyanı bildirdikdə xəbər təkdə işlənməlidir.

6. Cümlədə sözlərin nitq hissəsinə görə düzülüşündə ilk növbədə mübtəda, sonra tamamlıq, daha sonra xəbər, təyin aid olduğu isimlə ifadə olunan istənilən cümlə üzvündən əvvəl gəlir. Zərflik isə əsasən feildən əvvəl işlənir. Məsələn: Qardaşım Həsəni məktəbin həyətinə çağırdım.

Göstərilən qaydalara əməl olunmadıqda, sözlərin qrammatik cəhətdən bir-biri ilə əlaqələnməsi zamanı səhvə yol verildikdə (inversiya) qrammatik norma pozulmuş hesab olunur.



Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin