1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


Təfəkkür cisim və hadisələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq, əməliyyat aparmaq təfəkkür prosesidir. Təfəkkür



Yüklə 134,17 Kb.
səhifə21/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

19.Təfəkkür
cisim və hadisələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq, əməliyyat aparmaq təfəkkür prosesidir. Təfəkkür cisim və hadisələrin, onlar arasındakı əlaqə və asılılıqların ümumiləşmiş və vasitəli inikasından ibarət olan psixi prosesdir.
Təfəkkürün duyğu və qavrayışdan fərqi ondan ibarətdir ki, duyğu və qavrayış bilavasitə inikasdır. Təfəkkür isə vasitəli inikasdır.
Təfəkkür və şüurun ümumi cəhəti ondan ibarətdir ki, hər ikisi beynin məhsuludur, varlığı əks etdirir. Fərqləndirici cəhəti ondan ibarətdir ki, şüur ideal inikas kimi yalnız və yalnız ictimai insana məxsusdur. Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Təfəkkür — obyektiv varlığın vasitəli, ümumiləşdirilmiş, nitqin köməyilə daha dəqiq inikasından ibarətdir.
Təfəkkürün əsas keyfiyyətləri aşağıdakılardır:
Təfəkkür obyektiv varlığın vasitəli inikasıdır (cismin temperatur xassələrinin təyin edilməsi).Təfəkkür obyektiv varlığın ümumiləşmiş inikasıdır (ayn-ayrı hallardan ümumi hala keçmək). Təfəkkür digər psixi proseslərdən fərqli olaraq, varlığın daha dəqiq, daha düzgün inikasıdır. Təfəkkür obyektiv varlığın nitq vasitəsilə inikasıdır. Nitqsiz təfəkkür yoxdur. Təfəkkürsüz nitq var.
Jan Piaje qeyd edir ki, təfəkkür öz inkişafında 4 əsas mərhələni keçir.
I — 
sensomotor hissi ( hərəki) mərhələdir. Bu mərhələdə təfəkkürün inkişafı əsasən nitqin inkişafı ilə paralel getməyə başlayır. Ayrı-ayrı hərəkətlər vasitəsilə uşaq fikirləşməyə başlayır.
II — 
əməliyyatlara qədərki mərhələ adlanır. Bu mərhələdə demək olar ki, uşaq müəyyən əməliyyatlara başlayır. Burada nitq təfəkkürü üstələyir. III — konkret əməliyyatlar mərhələsidir. Burada uşaq bir qədər mücərrəd düşünməyə başlayır. IV — formal əməliyyat mərhələsidir ki, insan abstrakt düşünməyi öyrənir.
Təfəkkürün 3 forması vardır: məfhum, hökm, əqli nəticə və ya istidlal.
Cisim və hadisələrin ümumi və mühüm olan əlamətlərin inikasına məfhum deyilir. Ümumi, konkret, fərdi və mücərrəd məfhumlar var. ümumi və mühüm əlamətlərin əks edilməsi ümumi məfhum adlanır. Məs, tələbə, müəllim, şagird və s. Gerçək cisimlərin mühüm əlamətlərinin inikası konkret məfhum adlanır (dəftər, kitab və s.). Ayrı-ayrı cisim və hadisələrin ümdə xüsusiyyətlərinin əksi fərdi məfhumdur (məs, dahi şair Fizuli, Moskva və s.). Mücərrəd məfhum isə cisim və hadisələrin keyfiyyət və xassələrinin müstəqil surətdə düşünülməsidir (məs, xoşbəxtlik, yaxşılıq, bədbəxtlik və s.)
Cisim və hadisələrin arasında müəyyən əlaqə və münasibətin olub-olmamasını iqrar və inkar edən təfəkkür formasına hökm deyilir. Ümumi, xüsusi və fərdi hökmlər vardır. «Bütün balıqlar üzür» ümumi, «bəzi balıqlar yırtıcıdır» xüsusi, «bu balıq çox gözəldir» fərdi hökmdür. Hökmlər iqrari və inkari olur. Məs, «təfəkkür və təxəyyül insana məxsusdur» iqrari, «heyvanlarda şüur yoxdur» inkari hökmdür. Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır.
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən asılıdırsa, bu, şərti hökm adlanır. Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyətlər iqrar və ya inkar edilir.
Hökm cisimdə bu və ya başqa əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, o, qəti hökm adlanır.
Bir neçə hökmdən bir nəticənin çıxarılması istidlal və ya əqli nəticə adlanır. Əqli nəticənin 3 növü vardır: induktiv əqli nəticə (induksiya), deduktiv əqli nəticə (deduksiya) və təşbih. İnduksiya — bir neçə fərdi hökmdən bir ümumi nəticənin çıxarılmasıdır. Xüsusidən ümumiyə gedən əqli nəticədir. Deduksiya — ümumidən xüsusiyə gedən əqli nəticədir. Təşbih isə bir hökmdən bir nəticənin çıxarılmasıdır. Xüsusidən xüsusiyə gedən əqli nəticədir.
Təfəkkürün növlərinə daxildir: əyani — əməli təfəkkür, əyani — obrazlı təfəkkür, texniki təfəkkür, mücərrəd təfəkkür, bədii təfəkkür, dialektik təfəkkür, məntiqi təfəkkür. Təfəkkür məqsədyönlü idrak prosesidir. Təfəkkür o zaman fəaliyyətə gəlir ki, insanın qarşısına yeni problem, yeni sual və ya məsələ çıxır, qarşıya onları başa düşmək, mahiyyətini açmaq və ya həll etmək məqsədi qoyulur.
 Təfəkkür və təxəyyül arasında əlaqə hər ikisinin yeni obraz yaratması, fərq isə təfəkkür ideyaya, təxəyyül isə həmin ideyanın obraza keçməsidir.



Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin