1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə27/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.ğ
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin