840. Lyund təsnifatına görə sərt damaqda birinci zona üçün aşağıdakılardan hansı səciyyəvidir?
a) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətldir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir
b) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu vəzilər yerləşir, olduqca hərəkətlidir
c) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir və burada selikaltı təbəqə vardır, selik vəzilərilə zəngindir, piy vəziləri var, çox hərəkətlidir və vəzili zona adlanır
d) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir
e) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir. Sagital tikiş nahiyyəsi boyunca yerləşir
Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
841. Lyudun təsnifatına görə sərt damaqda ikinci zona üçün hansı səciyyəvidir?
a) Selikaltı təbəqə burada yoxdur, periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir
b) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir
c) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, vəzilərlə zəngindir, olduqca hərəkətlidir
d) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, selik vəziləri ilə zəngindir, piy vəzilərinə də rast gəlinir. Zona çox hərəkətlidir və vəzili zona adlanır
e) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir, bu zona orta fibroz zona adlanır və sagital tikiş nahiyyəsi boyunca yerləşir
Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008