(reallıqda isə bu belə olmaya da bilər), həmsöhbətin diqqəti isə istər-istəməz yalnız mənfəətin
ölçüsünə istiqamətlənir.
Ziddiyyətlərin qarşı-qarşıya qoyulması. Bu zaman daxilində, ziddiyyət olmayan nəticələrin
gizlədildiyi kontrastardan istifadə edilir. Bəzən bu vasitəni “paradokslarla iş” adlandırırlar. Bu
vasitədən istifadə etmək insanlarda müstəqil seçim illüziyası yaradır. Bunun üçün aşağıdakı
linqvistik vasitələrdən istifadə olunur: “nə qədər.... bir o qədər”. Məsələn, “Siz bizim
proqramımızı nə qədər diqqətlə tədqiq etsəniz, pozitiv qiymətiniz də bir o qədər əsaslandırılmış
olacaq”.
Eriksonun “Üçlü spiralı” – daha mürəkkəb texnikalardan biridir. Onun mahiyyəti maraq doğuran
üç hadisənin nəql edilməsindən ibarətdir. Bu zaman birinci və ikinci hadisə yarımçıq saxlanılır və
NLP texnika üçün başlıca olan üçüncü hadisə bütünlüklə nəql edilir. Sonra isə birinci və ikinci
hadisə məntiqi cəhətdən əlaqədar olaraq sona çatdırılır.
Dostları ilə paylaş: