1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   28   29   30   31   32   33   34   35   36
psixologiya

39. Siyasi imic 
İmic – ikona, surət, təsvir, fikri obraz, nümunə, simvol deməkdir. İmic – peşəkar imicmeykerlər 
tərəfindən auditoriyanın şüurunda yaradılan insanın, qrupun, təşkilatın, hadisənin, proseslərin 
və ya halətlərin təsəvvür edilən şəklidir.
Hesab edilir ki, siyasətçinin imicində aşağıdakı cəhətlər daha mühümdür: özünə, öz gücünə, 
işinə əminlik; cəmiyyətə xidmət göstərmə mövqeyi, insanların qayğısına qalmaq, onların 
problemlərini yaxşı bilmək, həyat səviyyəsini yaxşılaşdırmağa cəhd etmək; entuziazm, 
gümrahlıq, optimizm, müsbət emosiyaları provakasiya etmək bacarığı; yüksərarlılıq, enerji, 
iradə; yüksək mənəvi keyfiyyətlər; insanlara təsir etmək qabiliyyəti. Bir qayda olaraq, bütöv imic 
bir sıra “mikroimiclərdən” – konkret modellərdən ibarətdir. 
Müasir amerika siyasi reklamında siyasətçinin üç xarakteristikası mühüm hesab edilir: yüksək 
intellekt (geniş biliklərdən və parlaq təhsildən güclü intuisiya və sağlam düşüncəyə qədər), geniş 
daxili potensial (şəxsiyyətin qüvvəsi, qərarlılıq, məqsədyönlülük, enerji, iradə və s.), həmçinin 
yüksək əxlaqi keyfiyətlər (düzgünlük, sözündə bütövlük). Bəzi modellərdə digər üç amilə vurğu 
edilir: şəxsiyyət (xarizma, istiqamətlər, intellekt, əxlaqi keyfiyyətlər,potensial); münasibət 
(ölkəyə, xalqa, özünə); davranış və fəaliyyət (həm ekstremal məqamlarda, həm də məişətdə 
liderlik). 
İmic öz mahiyyəti etibarilə, psixoloji fenomendir. Lakin əksər imiclər siyasətlə bağlı 
olduqlarından onları çox zaman siyasi olan kimi nəzərdən keçirirlər. Bu fenomenin mahiyyətini 
bütünlüklə əks etdirmir: ilk imiclər ticarət reklamında yaranmışlar. Onlar bu və ya digər mal və 
xidmətlərin təmiz virtual, psixoloji “qablaşdırılmasını” təmsil edirdilər. Sonra bu ənənə siyasi 
imicmeykinqə keçdi.. Eyni zamanda, imic kütləvi kommunikasiya vasitələri tərəfindən 
yayımlandığından o kommunikasion fakt kimi nəzərdən keçirilir: əgər əvvəllər KİV-in mif 
yayımladığı hesab edilirdisə, indi imic informasiya məlumatına yaxın xüsusi növ mif kimi 
nəzərdən keçirilə bilər. 
İmicmeyker – imici düzəldən, yaradandır. Nəzəri olaraq, optimal modelin müəllifidir. Praktikada 
o bu modeli siyasətçi, struktur, hadisə və ya halətlə iş zamanı realizə edir və həmçinin yaranmış 
məhsulu kütləvi kommunikasiya vasitələri ilə yayımlayır. İmicmeykerin birinci vəzifəsi ilkin 
modeli, yəni gələcək imicin əsaslarını tərtib etməkdir. Siyasətçinin optimal imic modeli üç əsas 
psixoloji səviyyəni özündə birləşdirir. Birinci səviyyə - insan, struktur, hadisə və ya halların 


obrazlarının xarici parametrləridir; nümayiş etdirilən daxili keyfiyyətlər. İkinci səviyyədə 
siyasətçinin baxışlarını, mövqeyini əks etdirən siyasi xarakteristikaları yerləşir. Üçüncü 
səviyyəyə, auditoriyaya - imicə qarşı şərtsiz pozitiv münasibəti təlqin etməkdən ötrü - lazım olan 
gizli parametrlər aiddir.
İmicmeykinq – kollektiv əməkdir. Məsələ yalnız ondan ibarət deyil ki, imicin yaradılma prosesinə 
siyasətçi özü də qoşulmalıdır. Digər halda konkretlik itəcək, imic maskaya, siyasətçi isə kuklaya 
çevriləcək. Gələcək imicin ilkin model-əsasının reallaşdırılması zamanı, onun formalaşması 
prosesində yalnız xarici parametrlərin işlənib-hazırlanması bir çox mütəxəssislərin iştirakını tələb 
edir: kosmetoloqlar, qrimçilər, stilistlər, modelyerlər, orator sənətini öyrədənlər və s. Daxili 
keyfiyyətlər psixoloq, psixolinqvist, ssenarist və rejissorların köməyi ilə aşkar şəkildə nümayiş 
etdirilir. Siyasi parametrlər isə – politoloq, politotexnoloqların köməyi ilə yaradılır. İmicə - onun 
prototipinə auditoriyanın müəyyən münasibətini təlqin etmək üçün - daxil olan gizli parametrlər 
fəndlərin köməyi ilə, xüsusən, NLP-nin köməyi ilə reallaşdırılır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin