1. Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Social layihələrinin tədqiqi xüsusiyyətləri


Buna görə də özünüzə aşağıdakı sualları ünvanlamağınızı təkidlə tövsiyə edirəm



Yüklə 31,21 Kb.
səhifə6/10
tarix27.10.2022
ölçüsü31,21 Kb.
#66522
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1666868429

Buna görə də özünüzə aşağıdakı sualları ünvanlamağınızı təkidlə tövsiyə edirəm:

  1. Sərəncamınızda olan imkanlar hansılardır?

  2. Açıq-aydın müşahidə olunan çatışmazlıq nədən ibarətdir?

  3. Hansı məqamda potensial olaraq problem meydana gələ bilər?

  4. Qazanc əldə etmək imkanı olacaqmı?

Bu suallar müəssisəniz, orada çalışan əməkdaşlar, yaxın tərəfdaşlarınız, əsas benefisiarlarınız və hədəf auditoriyası baxımından cavablandırılmalıdır.
2. TƏRƏFDAŞIN AXTARIŞI HİSSƏSİ
Layihənizə davamlı, səmərəli və cəlbedici xarakter qazandırmaq üçün uğurlu tərəfdaşlıq əlaqəsi yaratmalısınız. Müxtəlif sektorların (dövlət, özəl, QHT) nümayəndələri ilə əməkdaşlıq nəticəsində meydana gələcək potensial təhlükələr və üstünlüklər barədə düşünün.
Layihənizin mədəniyyətlərarası aspektini və mühitiniz üzərindəki təsirini nəzərə alın.
Uğurlu tərəfdaş tapmaq üçün hansı tərkib hissələrin təhlili zəruridir?

  • Fəaliyyət profili, əvvəlki təcrübə və cari fəaliyyətlər - məzmun haqqında məlumat

  • Ölçü, infrastruktur, maliyyə imkanları - potensial haqqında məlumat

  • Personalın səriştə və bacarıqları - peşəkarlıq səviyyəsi haqqında məlumat

  • Tərəfdaşlıq münasibətləri və əlaqələr - əməkdaşlıq bacarığı haqqında məlumat

  • İƏ və fikirlər - həyata keçirilmiş tədbirlərin keyfiyyəti haqqında məlumat

Konkret ölkə üçün xarakterik olan aşağıdakı amillərin nəzərə alınması daha məqsədəuyğun hesab olunur:

3. MÜRACİƏT FORMASI ÜZƏRİNDƏ BİRGƏ İŞ
Fərz edək ki, artıq tərəfdaş müəssisəni tapmışıq. Bəs bundan sonra nə etməliyik?

  • Təcrübəmizi, təşəbbüslərimizin miqyasını və “know-how” tipli biliklərimizi nümayiş etdirən cəlbedici layihə tərtib etməliyik. Layihənin ideyası və maliyyələşdirmə imkanları haqqında bir neçə cümlə qeyd olunmalıdır.

"Hə" cavabı alsaq, nə etməliyik?

  • Biz mümkün olduğu qədər çox sayda görüşlər və söhbətlər təşkil etməliyik.

  • Eyni dəyərləri və strateji prioritetləri bölüşməyə xüsusi diqqət yetirməliyik.

  • Təklifin hazırlanması prosesində onların iştirakını təmin etməliyik.

  • Müraciət mərhələsi ərzində və həmin mərhələ başa çatdıqdan sonra tapşırıq və vəzifələri tənzimləyən müqavilə imzalamalıyıq.


Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin