1. Sosial proqram və lahiyələrin məqsədləri və metodları. Social layihələrinin tədqiqi xüsusiyyətləri


Ərazinin (Bələdiyyə) social lahiyələrinin təhlili və sosial inkişaf planının hazırlanması



Yüklə 31,21 Kb.
səhifə8/10
tarix27.10.2022
ölçüsü31,21 Kb.
#66522
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1666868429

4.Ərazinin (Bələdiyyə) social lahiyələrinin təhlili və sosial inkişaf planının hazırlanması.
Bələdiyyə ərazisinin sosial inkişafına dair proqnozun işlənib hazırlanması bələdiyyə ərazisinin sosial vəziyyətinin təhlilindən başlayır. Bu proqnoz təhlil edilən dövrün faktiki göstəricilərilə əvvəlki illərin plan və faktiki göstəricilərinin tutuşdurulması yolu ilə aparılır. Sosial inkişafa dair plan, bələdiyyə ərazisində yerləşən müəssisə, idarə və təşkilatların plan materialları əsasında dövlət qanunvericiliyinin tələblərinə uyğunluğu nəzərdə tutur. Planın əsas müddəaları qismində iqtisadiyyat və sərmayələrin artım tempinin saxlanılması və artmasını, bunun əsasında isə əhalinin gəlirlərinin artım templərinin dəstəklənməsini qeyd etmək olar. Planın işlənib hazırlanması zamanı xarici iqtisadi və ölkədaxili amillər nəzərə alınmışdır. Müsbət xarici iqtisadi amillərə dünya iqtisadiyyatının artım templərinin stabilləşdirilməsi, sərmayəçilik iqliminin yaxşılaşdırılması şamil edilir. Müsbət ölkədaxili amillərə, güclənən rəqabət şəraitində Azərbaycan şirkətlərinin sahibkar fəallığının artımı, sərmayələşmə fəallığının artımı və sərmayələrin keyfiyyətinin yüksəlməsi, təbii inhisar sektorunun təkmilləşdirilməsi, iqtisadiyyatın diversifikasiyası, ödəmə qabiliyyətli əhalinin daxili tələbinin yüksəlməsi, təhsil, səhiyyə, mənzil tikintisi sahələrində milli layihələrin həyata keçirilməsi aid edilmişdir. Mənfi amillərə isə, rəqabətli idxalın artımı hesabına daxili tələbə istiqamətlənən sahələrdə vəziyyətin pisləşməsi, inflyasiyanın məqsədli funksiyası ilə müqayisədə enerji daşıyıcılarına tələbin artım tempinin yüksəlməsi, əhalinin təbii artım sürətinin azalması, əhalinin yaşlanması, eləcə də büdcənin təqaüd və sosial təminat məsrəflərinin artması daxildir.
Sumqayıt bələdiyyə ərazisinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətində başlıca prioritetlər aşağıdakılardır:
- əhalinin ən mühüm həyat təminatı sistemlərinin dayanıqlı fəaliyyətinin təmin olunması;
-sosial sferanın, hər şeydən əvvəl səhiyyə, təhsil və əhalinin mənzil təminatı sferalarında milli layihələrin həyata keçirilməsi yolu ilə təkmilləşdirilməsi;
- küçə-yol şəbəkəsinin əsaslı təmiri və yenidən qurulması, yaşayış məskəninin rifah səviyyəsinin və yaşıllaşdırılmasının yaxşılaşdırılması;
- bələdiyyə mülkiyyəti, torpaqları və daşınmaz əmlakından istifadə səmərəliliyinin yüksəldilməsi;
-səmərəli istehsalın inkişafı üçün şəraitin yaradılması, sahibkarlıq və sərmayəçilik fəaliyyətinin dəstəklənməsi;
- işləyən və bütün əhalinin real gəlirlərinin artım dinamikasının saxlanması, ödəmə qabiliyyətli tələbin yüksəldilməsi və yoxsulluğun azaldılması;
-şəhər sakinlərinin ekoloji və ictimai təhlükəsizliyin təmin edilməsi.
Bələdiyyə ərazisi üçün yaxın beş ilə təyin edilən strateji məqsəd yerli əhəmiyyətli məsələlərin tam şəkildə həlli üçün sosial baxımdan özünü təmin etmə qabiliyyətidir.
Bələdiyyə ərazisinin inkişafının strateji planı, aşağıdakı bir sıra qarşılıqlı əlaqəli müddəalardan təşkil edilməli olan idarəetmə sənədidir:
- bələdiyyə ərazisinin inkişaf məqsədləri; - qoyulmuş məqsədlərə çatma yolları;
- potensial imkanlar. bu imkanların reallaşdırılması nəzərdə tutulmuş nəticələri əldə etmək imkanı verəcəkdir.
-seçilmiş istiqamətlərə dair hərəkətlərin təşkili metodları;
- qoyulmuş məqsədlərə nail olmaq üçün zəruri resursların siyahısı;
- resurslardan istifadə üsulları.
Bələdiyyə ərazisinin inkişaf proqramının uğurla həyata keçirilməsi şəraitinin formalaşdırılması prosesi, dayanıqlı inkişaf və iqtisadi artım üçün şəraitin yaradılması məqsədilə bu prosesin dördmərhələli islahatlaşdırma sxeminin köməyilə təsvir edilə bilər.

    1. Bələdiyyə ərazisinin iqtisadi inkişaf perspektivlərinin yerli və xarici sərmayəçilər tərəfindən aşağı qiymətləndirilməsi probleminin aradan qaldırılması. Belə vəziyyət, bələdiyyə ərazisinin idarəetmə orqanları ərazinin nailiyyət və imkanlarının təbliğatına yetərincə diqqət ayırmadığı zaman yaranır.

    2. Yerli islahatlaşdırma proqramları hesabına bələdiyyə ərazisinin cəlbediciliyinin yüksəldilməsi. Belə proqramlar özündə aşağıdakıları əhatə edə bilər:

    3. Ölkəmizin digər regionlarının və digər dövlətlərin bələdiyyə ərazilərilə qarşılıqlı əlverişli əlaqələrin formalaşdırılması hesabına bələdiyyə ərazisinin inkişafı şəraitinin yaxşılaşdırılması. a)büdcə məsrəflərinin minimallaşdırılmasına və bu əsasda yerli inzibati idarəetmə zəmanətlərinin sərfəli sərmayəçilərə təqdim edilməsinə dair tədbirlərin görülməsi;

b)bələdiyyə ərazisinin təsərrüfatçılıq kompleksi strukturunun təhlili və bu təhlildə iqtisadi cəhətdən faydalı (müsbət əlavə dəyəri istehsal edən) və iqtisadi cəhətdən zərərli (mənfi əlavə dəyəri istehsal edən) müəssisələrin ayırd edilərək sonuncuların yenidən qurulması və ləğvinə dair tədbirlərin qəbulu; c)bələdiyyə ərazisinin təsərrüfatçılıq kompleksinin güclü və zəif tərəflərinin, həmçinin bu kompleksin inkişafında xarici mühitin yaratdığı təhlükə və imkanların təhlili (SWOT-təhlil). Burada məqsəd, adı çəkilən təhlil əsasında bələdiyyə ərazisi çərçivəsində müştərək formada rəqabət qabiliyyətli məhsul istehsal etməyə qadir olan “inkişaf klasterləri” və ya bir-birini tamamlayan müəssisələr qrupunun formalaşdırılmasına dair real sxemləri tapmaqdır;
d)işgüzar tərəfdaşlar, maraqlı tərəf kimi çıxış edən müəssisə və sərmayəçilər üçün bələdiyyə ərazisinin informasiya şəffaflığının yüksəldilməsinə dair tədbirlərin həyata keçirilməsi;
e)bələdiyyə ərazisi üçün ətraf mühitin dəyişkən tələblərinə uyğun qaydada idarəetmə kadrlarının hazırlığı və yenidən hazırlığının sürətləndirilməsi.

    1. Pul bazarı vasitələrinin köməyilə bələdiyyə ərazisinin büdcə sisteminin optimallaşdırılması və infrastruktur layihələrinə vəsaitlərin cəlb edilməsi mexanizmlərinin formalaşdırılması.

Ümumiyyətlə, bələdiyyə ərazilərinin inkişaf proqramının işlənib hazırlanmasının təklif edilən yanaşmasının reallaşdırılması yekun nəticədə ümumdövlət proqramlaşdırmasının bələdiyyə aspektinin işlənib hazırlanmasının xüsusi vəzifələrini yerinə yetirməyə kömək edəcəkdir.


Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin