Fəaliyyətin 3 növü mövcuddur. 1. Oyun fəaliyyəti 2. Təlim fəaliyyəti 3. Əmək fəaliyyəti İlk olaraq oyun fəaliyyəti haqqında danışaq. Oyun fəaliyyəti uşaqlıq dönəmində uşaqların şəxsi manipulyasiya bacarıqlarının ortaya qoyulması üçün aparılan bir sistemdir.Oyunlar vasitəsilə məhz uşaqlar kim olacaqlarına nə edəcəklərinə hansı tələb və motivlərə sahib olacaqlarına qərar verirlər.Təlim fəaliyyəti- qavranılan və dərk olunan məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.Əmək fəaliyyəti insanın Maddi və mənəvi tələbatlarının düzgün şəkildə ödənilməsi rolunda ortaya çıxan xarakteristikaların ödənilməsinə dair atılmış addımdır. Əmək ilk növbədə özünün məhsuldarlığı ilə özünü göstərir. Əmək prosesi istər fəaliyyət prosesində istər ortaya çıxan tələbatların ödənilməsi rolunda özünü idarə edən əsas vasitələrdən biri və birincisidir. Ünsiyyətin növləri
116.Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi);Kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi)və s. Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir L.A.Karpenko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:Təmas funksiyası,İnformasiya funksiyası,Anlama funksiyası,Təhrikedici funksiya,Əlaqələndirmə funksiyası,Amotiv funksiya və s.Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək, insanların bir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək və s. Funksiyalarını aid etmək olar. Şəxsiyyətin ən mühüm əlaməti
İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.Xarakter əlamətləri çoxdur. Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən 4 mindən çox söz var. Xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar:İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri (lovğalıq, şöhrətpərəstlik, təvazökarlıq).İnsanın əməyə münasibətini ifadə edən xarakter əlamətləri (tənbəllik, əməksevərlik, məsuliyyətlilik).İnsanın xarakterini dəyişmək üçün onun başqa adamlara, özünə, əməyə və əşyalara münasibətini dəyişmək lazımdır.Xarakter əlamətlərini 2 yerə ayırmaq olar: tipik və fərdi əlamətlər. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində tipik xüsusiyyətlərlə yanaşı özünə-məxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikromühit terminlərindən istifadə edə bilərik. Psixologiyanın predmeti və vəzifələri
Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir.Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr. Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər.İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir.Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir. E.From şəxsiyyətin tipləri.
E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha (tərk dünya). Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Qrupların psixologiyası
Qrupların psixologiyası İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir».Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Psixologiyada şəxsiyyət anlayışı
121.Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları gözlərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir Daktil nitq haqqında
Nitqin daktil, eqosentrik növləri də diqqəti cəlb edir. Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir. Daha doğrusu, bu zaman barmaqların müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olunur. Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi nitq vasitəsi kimi, eləcə də karlar arasında şəxsiyyətlərarası kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunur. İlkin qruplar haqqında
Yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, birbirinə bələd olurlar. İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə» məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və vəzifələrini könülllü anlayır və yerinə yetirirlər. Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir. İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. Başqa sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bilir. İdrak prosseslər haqqında
İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyülü aid etmək olar.şəxsiyyətin psixoloji strukturun əsasında birinci növbədə onun idrak prosesləri durur. Psixi inkişafın yaş dövrləri
Psixi inkişafın yaş dövrləri—İnsanın şəxsiyyət kimi inkişaf edib, təşəkkül tapmasının əsas şərtlərindən biri psixi inkişafın düzgün şəkildə irəliləməsi və bu istiqamətdə atılan addımların doğru şəkildə həyata keçirilməsi ilə bağlıdır. Bunun üçün psixi inkişafın yaş mərhələlərinin öyrənilməsinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Bu baxımdan gəlin bu yaş mərhələləri və onların həyatımızdakı rolu ilə yaxından tanış olaq.Çağalıq Dövrü– Uşağın anadan olduğu anından bir yaşadək olan dövrü əhatə edir. Bu dövrdə fəaliyyətin aparıcı növü yaşlılarla bilavasitə emosional ünsiyyətdir.Çağa anası ilə vasitəsiz emosional ünsiyyətdə olaraq normal inkişaf edir.Körpəlik Dövrü- Bir yaşdan üç yaşadək olan dövrü əhatə edir. Bu dövrdə aparıcı fəaliyyət əşyavi-manipulyativ fəaliyyətdir. Əşyavi-manipulyativ fəaliyyət zamanı uşaqda əşyalarla manipulyasiya ön plana keçir.Məktəbəqədər Yaş Dövrü- Üç yaşdan altı yaşadək olan dövrü əhatə edir. Bu dövr üçün aparıcı fəaliyyət rollu oyunlardır. Uşaq rollu oyunlarla bilavasitə insani münasibətləri mənimsəyir və gələcəkdə cəmiyyətin üzvü kimi sağlam formalaşır.Daha sonra isə Məktəb Yaş Dövrü- altı, on yaş aralığını əhatə edir. Həmin dövrdə aparıcı fəaliyyət təlimdir.Yeniyetməlik Dövrü- On , On beş yaş aralığını əhatə edir. Aparıcı fəaliyyət –ictimai faydalı fəaliyyətdir.Gənclik Dövrü- On beş, iyirmi beş yaş aralığını əhatə edir. Bu dövrdə aparıcı fəaliyyət kimi tədris, peşə fəaliyyəti çıxış edir.Yetkinlik Yaşı- İyirmi beş, altmış yaş aralığını əhatə edir. Bu dövrdə artıq insan öz qərarlarını azad şəkildə vermək iqtidarında olur.Yaşlı Adam- Altmış, yetmiş yaş aralığını təşkil edir.Qocalıq Yaşı- Yetmiş beş, doxsan yaş aralığında olur.Uzunömürlülər- Doxsandan daha çox yaşa sahib insanlardır.
Tərtib etdi fənn müəllimi __________________Məmmədova Kəmalə Fənn birləşmə komissiyasının iclasında müzakirə olunub qəbul edilmişdir. Protokol № 1 14.___ 09.___ ____2020 – ci il Fənn birləşməsinin sədri: ____________Məmmədova Xatirə