Simvolik interaksionizm (sosial qrup və birliklər arasında qarşılıqlı fəaliyyət.) müasir sosiologiyanın əsasən simvolik məzmununu nəzərdən keçirən qarşılıqlı sosial təsirlərin təhlili üzərində cəmləşdirilmiş nəzəri-metodoloji cərəyandır. Burada qarşılıqlı təsirin əsas simvolik ifadəsi və təhlilinə xüsusi diqqət yetirilən dil hesab edilir. Simvolik interaksionalizmi daha çox zənginləşdirən Corc Hilbert Midin yaradıcılığı olmuşdur. İnsan şüurunun, sosial «Mənin» və sosial strukturun yaranmasını qarşılıqlı təsir prosesində birgə əlaqələndirən ardıcıl nəzəri sistemin yaradılmasında xidmət məhz ona məxsusdur. Blumer simvolik interaksionizmin mahiyyətini belə ifadə edir: İnsanlar məna ifadə edən obyektlər aləmində yaşayırlar… Bu aləm bütünlükdə sosial mənşəyə malikdir, çünki mənalar sosial qarşılıqlı təsir prosesində yaranır. Müxtəlif qruplar müxtəlif aləmlər yaradır və bu aləmlər, onları təşkil edən obyektlər öz mənasını dəyişdikdə dəyişir. Bir misal göstərim: İnsanın üriyini öyrənərkən biz bu orqanın orqanizmə nə dərəcədə vacib olduğunu, bundan əlavə hansı funksiyaları yerinə yetirdiyini başa düşürük. Sosioloqlar da belə bir tədqiqat aparırlar ki, əgər hər-hansı bir dini araşdırmaların aparılması, həmin dinə məxsus insanların sosial dəyərlərini öyrənmiş olarıq və onunla da sosial əlaqə yaratmaq mümkün olar.
Strukturalizm –60-cı illərdə Fransada ən nüfuzlu ideya cərəyanlarından biri strukturalizmdir. Bu cərəyan 19 əsrdə müxtəlif fəlsəfi və ideoloji mövqelərdən çıxış etmişdir. Struktur metodun əsasını vahid struktur qanunauyğunluğu üzə çıxarmaq təşkil edir. Strukturalizm yekcinsliyi ilə səciyyələnir.
Struktur qurluş deməkdirsə belə söyləyə bilərik ki, bu yanaşma sosiologiyanı qurluş nöqteyi-nəzərdən izah edir. Misal, bizlər yas mərasimlərinə gedəndə qara və ya tünd rəngli paltarlar geyinirik. Bu haqda qanunda heç bir şey yoxdur, sadəcə biz insanlar özlərimiz üçün istədiyimiz qanunlarımızı yaratmışıq.
Marksizm – bu yanaşma Marksın adı ilə bağlıdır. Onun tərəfdarları cəmiyyəti siyasi cəhətdən yenidən qurmaqda görür və bununla da sosial münasibətlərin dəyişdirilməsinin mümkünlüyünü izah edirlər.
Dostları ilə paylaş: |