Abbasqulu ağa Bakıxanovun (1794-1847) fikrincə cəmiyyət adamların öz tələbatını ödəmək üçün lazım olan birgə yaşayışdır. O xüsusi mülkiyyətin zəruriliyini göstərərək, cəmiyyətin siniflərə bölünməsinə təbii baxır.
Mirzə Fətəli Axundov (1812-1878) sosial tərəqqi məsələlərinə diqqət yetirmiş və onu insan cəmiyyəti üçün təbii, qanunauyğyn proses hesab etmişdir. O, dövrünün filosofları, ədibləri, ziyalıları ilə əlaqə saxlamış əlindən gələn koməyi etmişdir. Onun yaradıcılığı, ictimai-fəlsəfi ideyaları təkcə azərbaycanda deyil, digər Şərq ölkələrində yayılaraq onların inkişafına təsir göstərmişdir.
Hal-hazırda sosiologiya sahəsində çalışan mütəxəssislərin (C. Əhmədli, Z.Göyüşov, A.Şükürov) adlarını çəkmək olar.