1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti



Yüklə 87,73 Kb.
səhifə17/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

II Xocalı faciəsi

1992-ci il fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alay və muzdlu quldurlar Xocalı şəhərinə hücum etdilər. Respublika rəhbərliyi kifayət qədər məlumatlı olduğu halda bu faciənin qarşısını almaq üçün lazımi tədbirlər görmədi. Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri hələ 1991-ci ilin oktyabr ayından düşmən mühasirəsində idi.

Xocalı əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümü sayəsində yaşaya bilirdi. 1992-ci il fevralın ikinci yarısında şəhər erməni-rus hərbi birləşmələri tərəfindən müntəzəm olaraq hər gün artilleriya və ağır texnikadan atəşə tutulurdu. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qalmışdı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. İgid komandir Tofiq Hüseynov öz döyüş yoldaşları ilə qat-qat güclü düşmənin hücumlarının qarşısını almaqla onlarla adamın mühasirədən çıxmasına şərait yaratdı. Mühasirəyə düşən T.Hüseynov son gülləni özünə vurdu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlükdə məhv edildi, şəhər yandırıldı. Bu faciə bəşəriyyətə qarşı yönəldilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşdü.Xocalını işğal etməkdə ermənilərin bir sıra məqsədləri var idi:


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin