1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Plan: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu



Yüklə 87,73 Kb.
səhifə15/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Plan:

  1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu.

  2. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında sənədin qəbul olunmasının tarixi əhəmiyyəti.

  3. Azərbaycanın müstəqil dövlət olmasının ölkə və xalq üçün əhəmiyyəti.

Sovet quruluşunun obyektiv qanunauyğunluqlar çərçivəsində zəifləməsi və Sovet İttifaqının dağılması, Azərbaycanın müstəqil dövlətə çevrilməsi üçün zəmin yaratdı. Ölkəmiz XX əsrin gedişatında ikinci dəfə müstəqillik əldə etmə fürsətinə qovuşdu. Dağlıq Qarabağ münaqişəsinə dair mərkəzin ikiüzlü siyasəti xalqımızın milli mənəvi özünüdərkinə, azadlıq ideyası ətrafında sıx birləşməsinə təkan verdi.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi.Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Həmin gün Azərbaycan parlamentində demokratik blokun ciddi təkidli etirazına baxmayaraq, kommunistlər birləşib SSRİ-nin saxlanmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Demokratik qüvvələr fövqəladə vəziyyət şəraitində bu üzdəniraq "ümumxalq səsverməsini" boykot etdi. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Referendum martın 17-də keçirildi. Nəticələr saxtaşdırıldı, guya səsvermədə iştirak edənlərin 95 faizi SSRİ-nin saxlanılması lehinə olmuşdular. 1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. SSRİ-ni dağılmaqdan xilas etmək üçün bir qrup partiya və dövlət rəhbərləri prezident M.Qorbaçovun razılığı ilə 1991-ci ilin 19-21 avqustunda Moskvada dövlət çevrilişinə cəhd etdilər. Avqust hadisələri Azərbaycanda da siyasi vəziyyəti gərginləşdirdi. Azərbaycan iqtidarı, Kommunist partiyası SSRİ-də dövlət çevrilişinə cəhd edən qüvvələri müdafiə etdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də milli demokratik mübarizənin yekunu olmuşdur. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi xalqın təkidli tələbi ilə Heydər Əliyevi Ali Məclisin sədri seçdi. Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu..

Xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu konstitusiya aktı Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Yerlərdə möhkəmlənmək üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi yaradaraq özünə sadiq adamları həmin vəzifələrə təyin etdi. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk dövlət katibi akademik Tofiq İsmayılov təyin edildi. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı "Viskuli" iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus respublikaları rəhbərləri "Müstəqil Dövlətlər Birliyi" (MDB) yaradılması haqqında müqavilə bağladılar. Bu müqavilə SSRİ-nin artıq bir beynəlxalq hüquq subyekti kimi mövcudluğuna son qoyulduğu elan edirdi. Azərbaycan Respublikasında 1991 il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Beləliklə, SSRİ-nin dağılması və müstəqillik haqqında referendumun keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavad), az sonra 1993 ilin əvvəlində üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycanın dövlət müstəqilliyini ilkin olaraq Türkiyə Respublikası, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər tanıdı. 1993-cü ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi 116 dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, martın 2-də Birləşmiş Millətlər Təşkilatına, iyulun 10-da isə Helsinki Müşavirəsinin Yekun Aktına qoşulmaqla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə üzv qəbul olundu.Erməni hərbi hissələri Rusiya qoşununun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Yeni yaranmağa başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.


Mövzu: 12 BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ.XOCALI SOYQRIMI


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin