1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Mövzu:8 Azərbaycan SSR XX əsrin 40-cı illərin ortaları-50 -ci illərdə



Yüklə 87,73 Kb.
səhifə12/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Mövzu:8 Azərbaycan SSR XX əsrin 40-cı illərin ortaları-50 -ci illərdə


Plan

1.Azərbaycan SSR-nin XX-ci əsrin 40-cı illərinin ortaları - 60-cı illərdə iqtisadi inkişaf səviyyəsi

2.XX-ci əsrin 50-ci illərində Azərbaycanda siyasi rejimdə yumşalma.

3.1948-1953-cü illərdə azərbaycanlılarının kütləvi şəkildə deportasiyası

4.XX-ci əsrin 60-cı illərində Azərbaycanda siyasi rejimdə baş verən dəyişiklik

1.İkinci Dünya müharibəsi ölkənin təsərrüfatına ağır zərbə vurdu. Müharibədə Azərbaycanın sənaye istehsalının göstəriciləri kəskin surətdə aşağı düşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22% az idi. Neft hasilatı, təqribən, yarıbayarı azalmış, istehlak mallarının istehsalı kəskin surətdə enmiş, kənd təsərrüfatının maddi-texniki bazası zəifləmişdi. İşğal olunmuş sovet əraziləri azad olunduqca respublikada xalq təsərrüatı bərpa edilirdi. Xəzər dənizində neftçıxarma sənayesinin iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq, Azərbaycan alimlərinin, neftçilərinin gərgin əməyi sayəsində dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Dənizdə qazılan kəşfiyyat quyusu 1949-cu ildə fontan vurdu. Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye mərkəzləri yaradıldı. Sumqayıt böyük kimya və metallurgiya şəhərinə çevrildi. Tezliklə burada Azərbaycan əlvan metallurgiyasının ilk müəssisəsi – Alüminium zavodu işə salındı. 1945–1954-cü illərdə Mingəçevirdə Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyası, Daşkəsəndə Filizsaflaşdırma kombinatı tikilib istifadəyə verildi. 1951-ci ildə SSRİ-də ən böyük tikinti müəssisələrindən olan Qaradağ sement zavodu işə salındı. Respublikada yüngül və yeyinti sənayesində də yüksəliş müşahidə olundu. Azərbaycanda həyata keçirilən aqrar siyasət imperiya mənafeyinə tabe edilmişdi. Məqsəd həm daşınıb aparılan pambıq, ipək, tütün, habelə sonralar tərəvəz və üzüm istehsalını artırmaq, həm də respublikanın vacib ərzaq məhsullarına olan tələbatını mərkəzdən daha çox asılı vəziyyətə salmaq idi. Suvarılan torpaqların sahəsini genişləndirmək üçün 1950–60-cı illərdə Samur-Dəvəçi, Yuxarı Qarabağ, Yuxarı 26 o “Azneft” dairəsi, 1954-cü il 141 Şirvan, Baş Muğan, Abşeron kanalları kimi iri irriqasiya sistemləri inşa edildi. Bununla belə, əhalinin sosial rifahının yüksəldilməsinə də diqqət ayrılırdı

2.1953-cü il martın 5-də totalitar sovet sistemini quran İ.V.Stalin vəfat etdi. N.S.Xruşşov 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi seçildi. M.C.Bağırov Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunda (12–13 iyul 1953-cü il) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli fəaliyyət üçün şərait yaratmamaqda və başqa əməllərdə təqsirkar bilinib vəzifəsindən kənar edildi. Tezliklə həbs edildi, xalq düşməni kimi ölüm cəzasına – güllələnməyə məhkum olundu. 1954-cü il fevralın 14–16-da Azərbaycan KP-nin XX Qurultayı keçirildi və akademik İmam Daşdəmir oğlu Mustafayev MK-nın birinci katibi seçildi. İ.D.Mustafayev və həmkarları yeni şəraitdə respublikanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli, mənəvi dəyərlərin, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə nail olmağa cəhd göstərdilər. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axını nəticəsində paytaxtın iqtisadi-ictimai həyatında azərbaycanlı kadrların rolu artdı. Beynəlmiləl şəhər kimi məşhurlaşmış Bakıda yerli əhalinin tərkibi azərbaycanlıların xeyrinə dəyişməyə başladı. Respublikada kənd təsərrüfatına göstərilən diqqət nəticəsində ərzaq məhsullarının istehsalı artdı. Respublikada Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasının mətbuatda açıq müzakirəsi keçirildi. 1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi. Kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. 1956-cı ildə Bakı telestudiyası işə düşdü. Məhkəmə quruculuğu məsələləri, mülki və cinayət məcəllələrinin qəbulu respublikaların öz ixtiyarına verildi. Repressiya illərində cəzaya məruz qalanların işlərinə yenidən baxılması üçün komissiyalar təşkil edildi və günahsız olduqları sübut edilərək onlara bəraət verildi. Minlərlə azərbaycanlının üzərindən “xalq düşməni” damğası götürüldü. Tezliklə Azərbaycan rəhbərliyinə qarşı təqiblərə başlanıldı. Dağlıq Qarabağ məsələsi növbəti dəfə ortaya atıldı. Ermənistan SSR Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdi. Bu respublikada antitürk əhvali-ruhiyyə yenidən qızışdırıldı. Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölmələri bağlandı. Yerevan Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. C.Cabbarlı adına Dram Teatrının, Azərbaycan dilində çıxan rayon qəzetlərinin və b. nəşrlərin fəaliyyəti dayandırıldı.

3.Moskvanın fitvası və havadarlığı ilə erməni millətçiləri, kommunist-daşnaklar vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, birinci növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər. Ermənistan K(b)P MK və XKS-i Qarabağ ərazisinin iqtisadi cəhətdən Ermənistan SSR-lə bağlı olduğunu Stalinə sübut etməyə çalışırdı. O vaxt Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırovun bu barədə rəyi soruşmuşdur. O, cavab məktubunda Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi təqdirdə müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş bir çox tarixi ərazilərin Azərbaycan SSR-ə qaytarılmasını vacib hesab etdiyini bildirmişdir. Məsələnin bu səpkidə müzakirə olunması ermənilərin planlarının pozulmasına səbəb olmuşdu

Qarabağ məsələsini öz xeyirlərinə həll etməyi bacarmayan ermənilər başqa bir fitnəyə əl atdılar. Onların fitnəkarlığı sayəsində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 100 min azərbaycanlı 1948–1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında (Saatlı, Göyçay, İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Sabirabad, Yevlax, Ucar və s.) yerləşdirildilər. Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürüldü və ya köçməyə məcbur edildi. Eyni zamanda Azərbaycanda yaradılan yeni sənaye mərkəzlərinə – Sumqayıta, Əli Bayramlıya, Mingəçevirə, Daşkəsənə başqa respublikalardan minlərlə adam, o cümlədən erməni yerləşdirildi.

Güclü totalitar rejimin təmin olunmasında Stalinin, Azərbaycanda isə Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin mühüm rolu var idi. Çuğulluq, satqınlıq, adamlara qarşı etimadsızlıq, gizli izləmə, düşüncələrə nəzarət daha da artmışdı. Tarix elmi üzərində hakim ideologiyanın təzyiqi gücləndirilmişdi. Şimali Azərbaycanın Rusiyaya könüllü birləşdirilməsi haqqında cəfəng uydurmalar irəli sürülür, Azərbaycan Cümhuriyyəti hökumətinin xalqa zidd siyasət yürütdüyü iddia edilirdi. Akademik Heydər Hüseynovun 1949-cu ildə çap olunmuş “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şamilin başçılığı ilə xalq hərəkatını çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirməsi “yuxarılar”a xoş gəlməmiş, bu əsərə görə ona verilmiş “Stalin mükafatı” geri alınmış, təqiblərə başlanmışdı. Türk dünyasının möhtəşəm orta əsr abidəsi “Kitabi-Dədə Qorqud” “irticaçı feodal-xan eposu” adı ilə damğalanmış, A.A.Bakıxanov fanatizmdə, xan və bəyləri müdafiə etməkdə, M.M.Kazım bəy “çarizmin sadiq qulu” olmaqda günahlandırılmışdı. Akademik M.A.Dadaşzadə “Türkiyə casusu” kimi damğalanmışdı. Bununla yanaşı, mərkəz azərbaycanlılara etibar etmir, mühüm vəzifələrin çoxuna, xüsusən güc orqanlarına başqa millətlərin, əsasən də rus və ermənilərin nümayəndələrini cəlb edirdi.

4.1953-cü il martın 5-də İ.V.Stalin vəfat etdi. 1953-cü ilin sentyabrında N.S.Xruşşov Sov.İKP MK-nın Birinci katibi seçildi. 1956-cı ildə partiyanın XX qurultayında “demokratiyanın dərinləşdirilməsi” üçün tədbirlər müəyyən olundu. Xruşşov Stalinin yaxın adamlarını vəzifədən uzaqlaşdırdı. M.C.Bağırov da qüsurlu rəhbərlik metodlarına görə 1953-cü ilin iyulunda tutduğu vəzifəsindən azad edildi. “Kuybışevneft” birliyinə rəis müavini vəzifəsinə göndərildi. Lakin tezliklə həbsə alındı.

Bakıda SSRİ Ali Məhkəməsi hərbi kollegiyası tərəfindən mühakimə edilib 1956-cı ilin aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. Onun dövründə Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.Sumbatov-Topuridze, X.Qriqonyan, R.Markaryan və b. cinayətkar əməllərinə görə güllələnməyə məhkum olundular. 1954-cü ildə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə İmam Mustafayev gətirildi. O, xalqın vəziyyətini yaxşılaşdırmaq və hücumlardan qorumaq üçün səylər göstərdi. 1956-cı il avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edildi. Bunun ardınca Respublikanın dövlət idarələrində Azərbaycan dilinin tətbiqi üçün real addımlar atılmağa başlasa da, az sonra mərkəzi hakimiyyətin təzyiqi ilə bu proses dayandırıldı. 1956-cı ilin mayından məhkəmə quruculuğu, mülki cinayət və məhkəmə məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məhbus saxlanılan düşərgələrə rəhbərlik edən İslah Əmək Düşərgələri Baş İdarəsi (QULAQ) ləğv edildi. Siyasi məhbuslara bəraət vermə prosesi başlandı. Repressiyaya məruz qalmış yüzlərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düşməni” damğası götürüldü. H.Cavidə, Y.V.Çəmənzəminliyə, Ə.Cavada, M.Müşfiqə bəraət verildi. Yüzlərlə “həbs olunmuş” kitab, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanı, A.Bakıxanovun, H.Hüseynovun əsərləri üzərinə qoyulmuş qadağalar götürüldü. 50-ci illərin ortalarında imperiyada siyasi ab-havanın nisbətən yumşalması Azərbaycanda milli dirçəliş meyillərini oyatdı. Bundan təşvişə düşən mərkəz Azərbaycanı qorxu altında saxlamaq üçün A.Mikoyan və Mixail Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağı Ermənistana vermək məsələsini qaldırdı. Ermənistanda antitürk təbliğatı yenidən qızışdırıldı. İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. Erməni Pedaqoji İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbaycan dilində çıxan rayon qəzetləri, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı.

Lakin ərazi məsələlərinə yenidən baxılmasının 30-a qədər milli münaqişə ocağı olan ölkədə arzuedilməz nəticə verəcəyini başa düşən N.S.Xruşşov məsələsini Azərbaycanın xeyrinə həll etdi. 1958-ci ildə bütün ermənilərin katolikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. Azərbaycanın rəhbərliyi millətçilikdə təqsirləndirildi. 1959-cu ildə İ.Mustafayev bu adla vəzifədən azad edildi. Onun yerinə Vəli Axundov (1959-1969) təyin edildi.


Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin