2may- Yerlərdə qəza, nahiyə və kənd inqilab komitələri, polisin əvəzinə “fəhlə-kəndli milisi” yaradıldı.
5may- Bütün mülkədar xan, bəy, vəqf və kilsə torpaqları müsadirə edilərək təmənnasız kəndlilərin istifadəsinə verildi
7may- AXC-nin ordusunun ləğvi məqsədilə ordunun və donanmanın yenidən təşkili, Azərbaycan SSR-in Qırmızı Ordu və Donanmasının yaradılmasına yenidən başlandı. Beləliklə, Azərbaycan SSR dövlət müstəqilliyinin əsas atributlarından sayılan ordu saxlanması hüququndan məhrum edildi.
12may- Bütün zümrələr, cəmiyyətin təbəqələrə bölünməsi və mülki rütbələr ləğv edildi. Bütün əhali Azərbaycan SSR vətəndaşı adlandı.
15may- Vicdan azadlığı haqqında dekretə görə, Xalq Maarif Komissarlığının tabeliyində olan bütün dövlət məktəblərində dini təlimlərin öyrənilməsi və bütün dini mərasimlərin keçirilməsi qadağan olundu. Din dövlətdən ayrıldı.
May- Xalq Məhkəməsi haqqında dekretə əsasən məhkəməyə əsasən ancaq fəhlə və kəndlilərin nümayəndələri üzv seçilə bilərdilər. Azərbaycanda əks-inqilabçılığa, təxribatçılığa qarşı Fövqəladə Komissiya yaradıldı.
24may- Neft sənayesi milliləşdirildi, A.Serebrovskinin rəhbərliyi ilə Azərbaycan Neft Komitəsi (Azneft) yaradıldı. Neft məhsullarının satışı dövlət inhisarına alındı.
İyun – Xəzər Ticarət Donanması, banklar, zavodlar və fabriklər dövlətin mülkiyyətinə çevrildi (milliləşdirildi). Azərbaycanlı sahibkarlar “xalqın, fəhlə sinfinin düşməni” elan edilərək müflisləşdirildi.
1920-ci il Sovet Azərbaycanında milliləşdirmə nəticəsində :
Neft və neft məhsulları dövlət inhisarına alındı
Azərbaycan nefti Rusiyaya daşınmağa başlandı.
Nəticədə xalqın sərvətləri Sovet Rusiyasına daşınmağa başladı. Sovet Rusiyasına daşınmağa başladı.
1921-ci ilin mayında Bakıda Birinci Ümumazərbaycan Sovetlər qurultayı keçirildi. Bu qurultayda Azərbaycan SSR-in ilk konstitusiyası qəbul edildi. Bununla da Azərbaycanda bolşevik hakimiyyət orqanlarının fəaliyyəti “qanuniləşdirildi”. Eyni zamanda qurultayda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMik) seçildi. Konstitusiya qəbul edildikdən sonra Azərbaycan İnqilab Komitəsi ləğv edildi. İnqilab Komitəsinin ləğvindən sonra yaradılmış AzMik ali qanunverici orqan idi. Azərbaycan SSR XKS (Xalq Komissarlar Soveti) ali icraedici hakimiyyəti orqanı idi. XKS sədri yenə də N.Nərimanov seçildi.
Beləliklə, Azərbaycanda “sovet milli dövlət quruculuğunun” hüquqi cəhətdən təşəkkülünün ilkin mərhələsi başa çatdı. Azə\rbaycan SSR bütün müsəlman aləmində yeni tipli ilk sovet respublikası oldu.
3.Azərbaycanda qurulan Sovet hakimiyyəti diktatura rejimi idi. (diktatura- hakim sinfin gücünə istinad edən qeyri-məhdud idarəçilik forması) AK(b)P-dən başqa bütün siyasi partiyalar qanundan kənar sayıldı və onların fəaliyyəti məhdudlaşdırıldı. Müsavat, İttihad. Əhrar və başqa partiyalar xalqın qatı düşməni kimi damğalanır. Bu partiyaların görkəmli liderləri və hətta sıravi üzvləri təqiblərə məruz qalırdılar. Sovet rejiminin ilk günlərindən başlanan repressiyalar getdikcə daha da güclənirdi. Siyasi rəqiblərə, hərbçilərə, ziyalılara və din xadimlərinə divan tutulurdu.
Daşnaksutyun partiyasının IX qurultayında qəbul edilən və “Nemezis” adlı əməliyyat ilə 1920-ci ilin iyununda Tiflisdə Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov qətlə yetirildi. 1920-1921-ci illərdə daşnaklar tərəfindən N.Yusifbəyli Kürdəmirdə, H.Ağayev Tiflisdə, B.Cavanşiri isə İstanbulda qətlə yetirildi.
M.Ə.Rəsulzadə həbs edildi. N.Nərimanov və İ.Stalinin müdaxiləsi nəticəsində bolşevik repressiyasından xilas oldu. Stalinin şəxsi vaqonunda Rusiyaya aparılan M.Ə.Rəsulzadə 1922-ci ildə oradan gizli yolla Finlandiyaya, sonra isə Polşaya mühacirət etməyə məcbur oldu.
Azərbaycan SSR-də terroru həyata keçirən əsas təşkilat Fövqəladə Komissiya idi. Xalq arasında “çeka” (FK-nın rus dilində baş hərfləri) üzvlərini isə “çekist” adlandırırdılar. Bolşevik hakimiyyətinin apardığı sərt siyasət tezliklə siyasi böhrana və üsyanlara gətirib çıxardı. 1920-ci ilin may-iyun aylarında Gəncədə, Qarabağda, Zaqatalada, Nuxada, Şəmkirdə, payızda Lənkəranda bolşevik hakimiyyətinə qarşı üsyanlar baş verdi. Ümumilikdə Azərbaycanda 1920-1924-cü illərdə bolşeviklərə qarşı 60-dan çox üsyan baş vermişdi. Lakin qüvvələr nisbətinin qeyri- bərabər olması, həmçinin vahid mərkəzdən idarə olunmaması və s. kimi səbəblərdən üsyanlar qəddarlıqla yatırılırdı. Üsyanların məğlub olmasına baxmayaraq Azərbaycan xalqının mübarizə əzmini nümayiş etdirdi və bolşevik rejiminin hakimiyyətini sarsıtdı.
Dostları ilə paylaş: |