1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ



Yüklə 87,73 Kb.
səhifə7/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

4. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU

Plan:



  1. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas vəzifələri

  2. Qonşu dövlətlərlə münasibətlər

  3. AXC-Sovet Rusiyası münasibətləri

  4. AXC-nin süqutu

1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan edən Azərbaycan Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul etdi. “İstiqlal Bəyannaməsi” nin 3-cü bəndində AXC-nin xarici siyasətinin əsas prinsipi kimi beynəlxalq birliyin bütün üzvləri ilə bərabərhüquqlu,qarşılıqlı əlaqələrin qurulması,həmsərhəd dövlətlərlə qonşuluq münasibətlərinin yaradılması nəzərdə tutulmuşdur. AXC-nin qurulduğu ilk dövrlərdə xarici siyasətin qarşısında, ilk növbədə, dövlətin suverenliyinin qorunması və ərazi bütovlüyünün təmin olunması vəzifələri dururdu. Bu zaman əvvəlcə Osmanlı, daha sonra Böyük Britaniya dövlətlərini Azərbaycandakı hərbi nümayəndələri ilə AXC hökümətlərinin normal münasibətlərinin yaradılması vacib idi. Birinci Dünya müharibəsinin başa çatmasından sonra keçirilən sülh konfransında AXC-nin başlıca məqsədi beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi tanınması və Millətlər Cəmiyyətinə üzv qəbul olunması idi.Konstitusiyalı monarxiya olan Osmanlı dövlətinin respublika quruluşuna üstünlük vermiş Azərbaycan xalqına yardımı dünya tarixində nadir hadisələrdən biri sayıla bilər.

AXC-nin xarici siyasətində qonşu dövlətlərlə dostluq və qarşılıqlı anlaşma prinsipləri zəminində münasibətlərin qurulmasına,münahisəli məsələlərin həllində zorakılıqdan imtina edilməsinə,qarşılıqlı etimadın yaradılmasına mühüm əhəmiyyət verilirdi.

Gürcüstan Respublikası Almaniyanın himayəsinə keçmək haqqında saziş imzaladıdan sonra Osmanlı dövləti Almaniyanı Cənubi Qafqazda təsirinin artmasının qarşısını almaq üçün Azərbaycan və Ermənistan Respublikalarından ibarət federasiyanın yaradılmasına çalışırdı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da keçirilən iclasında iştirak edənlərin əksəriyyəti İrəvan şəhərinin Ermənistana paytaxt qismində verilməsi haqqında qərarı “qaçılmaz acı bir həqiqət” və “tarixi zərurət” kimi qiymətləndirirdi.

Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 1918-1920 – ci illərdə Azərbaycan,Gürcüstan,Ermənistan respublikaları arasında Qafqaz konfransları keçirildi. 1919-cu ilin aprel-iyul aylarında Tiflisdə keçirilən yeni konfransda F.Xoyskinin başçılıq etdiyi AXC nümayəndə heyəti Qafqaz xalqlarının ittifaqının yaradılması təklifini irəli sürdü. 1919-cu ilin iyununda Gürcüstan Respublikası ilə hərbi ittifaq bağlayan AXC 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransında Cənubi Qafqaz respublikalarının konfederasiyasının yaradılmasını təklif etdi. Lakin bu qərar qəbul olunmadı.

1919-cu ilil yayında Dağıstanın ağqvardiyaçılar tərəfindən işğal olunması AXC-nin şimal sərhədləri üçün ciddi təhlükə yaratdı. İngilis komandanlığı həmin qüvvələri müdafiə etdiyi üçün AXC-nin onların Dağıstandan çıxarılması ilə bağlı müraciətləri cavabsız qaldı. Ağqvardiyaçılar Dərbəndi də işğal etdi. Şimaldan gələn təcavüz təhlükəsi ilə əlaqədar N.Yusifbəylinin başçılığı ilə parlamentin 1919-cu ilin iyununda yaratdığı Dövlət Müdafiə komitəsi bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1919-cu il iyunun 16-da Azərbaycan və Gürcüstan respublikaları arasında təcavüzkara qarşı birgə mübarizə haqqında 3 il müddətinə müqavilə imzalandı. Ermənistana iki həftə ərzində hərbi-müdafiə paktına qoşulmaq təkli edilsə də, ağqvardiyaçılar ilə sıx əlaqə qurduğundan bunu rədd etdi.

AXC höküməti 1920-ci ilin yanvarında ABŞ-ın və Böyük Britaniyanın qurumları, fevralda isə İtaliya höküməti ilə sazişlər imzaladı. Sazişlərə əsasən onlardan alınacaq məhsulların əvəzində neft və neft məhsulların göndərilməsi nəzərdə tutulmuşdu.

1920-ci ilin fevralında Şimali Qafqazda Sovet Rusiyası xarici müdaxiləçilərin ordusunu darmadağın etdi. AXC-nin şimal sərhədlərinə kimi gəlib çıxmış Sovet Rusiyasının niyyəti keçmiş rusiya imperiyasının sərhədlərini bərpa etmək idi. Rusiya bunu açıq müdaxilə yolu ilə etməkdən çəkinirdi. Əvvəlcə Sovet Rusiyası hədələyici formada AXC-yə Şimali Qafqazdaki ağqvardiyaçı qüvvələrə qarşı birgə mübarizə aparmağı təklif edirdi. AXC isə bunu Rusiyanın daxili işi hesab edərək, proseslərə qarışmamağı üstün tutdu.

Müstəqil dövlət kimi Rusiya ilə qarşılıqlı münasibət qurmağa hazır olduğunu bildirdi.

Bu dövrdə AXC-nin siyasi dairələrində Sovet Rusiyası ilə siyasi və iqtisadi əlaqələrin qurulmasının vacibliyi bildirilirdi. Sovet Rusiyası AXC ilə normal iqtisadi münasibətlərin yaradılması yolu ilə neft və neft məhsullarının alınmasını düşünmürdü, bu sərvəti tez bir zamanda qəsb etməsinə qərar vermişdi. Bu məqsədlə 1920-ci ilin fevralında Azərbaycanda Kommunist Partiyası yaratdı.Sovet Rusiyası işğalı Azərbaycanın siyasi qüvvələrinin hakimiyyət uğrunda mübarizəsi kimi qələmə verir.Bu məqsədlə yerli kommunistlərə rəhbərliyi azərbaycanlılara həvalə edir.

AXC-nin şimal sərhədlərində müdafiyə-istehkam sistemi yaradılmış, xüsusi qoşun hissələri yerləşdirilmişdir. Şimal sərhədlərinin müdafiəsini zəiflətmək məqsədi ilə sovet höküməti ermənilərin xəyanatkarlığından istifadə etmək qərara aldı. 1920-ci ilin martın 22-nə keçən gecə Qarabağda separatçı erməni qüvvələri azərbaycanın ərazilərinə hücüm etdilər. Belə bir şəraitdə AXC-nin siyasi qüvvələri arasında fikir ayrılıqları dərinləşməyə başladı. Bəzi qüvvələr Sovet Rusiyasına güzəştlər etməklə münasibətləri nizama salınmasını, digərləri isə Sovet Rusiyasının təzyiqlərinə qarşı sərt münasibət tətbiq edilməsi təklifini irəli sürürdülər.

Sovet Rusiyasının müdaxiləsi təhlükəsinin artdığı bir şəraitdə AXC höküməti hərbi yardım məqsədilə Gürcüstan hökümətinə müraciət etdi. Qarşı tərəf yardım müqabilində Batum şəhəri ilə bağlı qaldırdığı iddianın AXC höküməti tərəfindən tanınmasını tələb etdi. AXC höküməti bu şərti qəbul etməsinə baxmyaraq, Gürcüstan höküməti hərbi yardım göstərmədi. Mustafa Kamal paşanın başçılığı ilə Antanta müdaxiləçilərinə qarşı gərgin mübarizə aparan Türkiyə Sovet Rusiyası ilə sıx siyasi, hərbi, iqtisadi əlaqələr qurduğundan AXC-nin bu ölkədən də yardım alması mümkün deildi.

AXC-yə hücüm hazırlıqlarını tamamlayan Sovet Rusiyasının XI Ordusunu komandanlığı Bakını işğal məqsədilə 1920-ci il aprelin 21-də Yalama-Bakı əməliyyatına başlama haqqında əmr verdi. Aprelin 26-dan 27-nə keçən gecə 11-ci ordunun hissələri AXC sərhədlərinə daxil oldu. Rusiyanın təcavüzü haqqında xəbər alan hərbi nazir S.Mehmandarov aprelin 27-də Qazax və Gəncədə olan Milli Ordu hissələrini Bakının müdafiəsinə cəlb edilməsinə çalışsada sovet qoşunlarının Bakıya daxil olması və şəhərə giriş yollarına nəzarət etməsi buna imkan vermədi.

Bununlada Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini yazan AXC yadelli qüvvənin işğalı nəticəsində-23 ay sonra süqut etdi.



Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin