1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti



Yüklə 87,73 Kb.
səhifə10/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Mövzu:6 Müstəqil Sovet Azərbaycanı şüarının iflası. Ərazi bütövlüyünün pozulması.

Plan:


1. ZSFSR-in yaradılması.

2. Torpaqlarımızın bölüşdürülməsi.

3. Moskva Qars müqaviləsi.

1920- ci il 28 aprel çevrilişindən sonra formal olaraq müstəqil sovet respublikası elan olmuş Azərbaycan faktiki olaraq bolşevik emissarları tərəfindən idarə olunurdu. Sovet Rusiyasının milli müstəmləkəçilik siyasəti sayəsində onun formal müstəqilliyi də zaman – zaman ləğv olunurdu. Formal müstəqilliyin ləğvi.

Şimali Azərbaycan sovetləşəndən sonra Moskva tədricən onun formal müstəqilliyinə son qoydu. Bu proses 1920 – 1922- ci illərdə Sovet Rusiyasının diktəsinə uyğun olaraq üç Cənubi Qafqaz respublikası arasında ikitərəfli və çoxtərəfli müqavilələr yolu ilə həyata keçirildi.
1922-ci il dekabr ayının əvvəllərində Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasında (ZSFSR) birləşdi. Qurumun Mərkəzi icariyyə Komitəsi seçildi. Əslində, ZSFSR-ə Moskva tərəfindən təşkil edilmiş və birbaşa ona tabe olan Zaqafqaziya diyarının Partiya Komitəsi rəhbərlik edirdi. Bu qurum mahiyyətcə çar Rusiyası dövründə Qafqazın idarə olunması üçün yaradılmış canişinlik sistemini xatırladırdı. ZSFSR- in yaradılması nəticəsində: Cənubi Qafqaz respublikalarının suveren hüquqları məhdudlaşdırıldı; Cənubi Qafqaz respublikalarının Moskvadan asılılıqları artdı; Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycanın sərvətləri digər respublikaların ixtiyarına verildi. İqtisadi baxımdan zəif olan Gürcüstan və Ermənistan Azərbaycanın neftindən və digər sərvətlərindən bəhrələnmək imkanı qazanaraq öz iqtisadiyyatlarını inkişaf etdirməyə başladı. Azərbaycanın əsas sərvəti olan neftin beynəlxalq hazırda satışından gələn gəlirlər bütövlükdə Moskvanın nəzarətinə keçdi.

1922-ci il dekabrın 30-da Moskvada çağırılan Birinci Ümumittifaq Sovetlər iclasında ZSFSR,RSFSR,Belorusiya SSR və Ukrayna SSR nümayəndələri ; SSR – in yaradılması haqqında bəyannamə və müqavilə imzaladılar. İttifaq müqaviləsi bağlandı.SSRİ – nin tərkibində 4 respublika- Rusiya SFSR, Ukrayna SSR, Belorusiya SSR və ZSFSR daxil edildi. Beləliklə, SSRİ-nin təşkiliilə Azərbaycan sovet ittifaqının bir əyalətinə daxil “Müstəqil Azərbaycan “ şüarı iflasa uğradı.

1924-cü ildə SSRİ-nin birinci konustutsiyası qəbul olundu. Konustutsiyasıda SSRİ-nin tərkibinə daxil olan müstəqil respublikaların formal hüquq bərabərliyi öz əksini tapdı. SSRİ-nin 1936-cı il Konstitusiyasına əsasən ZSFSR ləğv edildi. ZSFSR-ə daxil olan respublikalar – Azərbaycan ,Gürcüstan və Ermənistan müstəqil dövlət subyekti kimi birbaşa SSRİ-nin tərkibinə daxil edildi. 1937-ci ilin martında Azərbaycan Sovetinin IX qurultayında Azərbaycan SSRİ-nin ikinci konustutsiyası qəbul edildi.

SSRİ-in 1936-cı il Konustutsiyasının əsasında tərtib olunmuş Azərbaycanın ikinci konustutsiyasına əsasən: Xalqın Türk adı azərbaycanlı, Türk dili isə Azərbaycan dili adlandırıldı.(İ.Stalinin sifarişi ilə edilən bu düzülüş XIX əsrin sonlarında başlayan azərbaycançılıq ideyasının güclənməsinə səbəb olmuşdur ); Ümumi və bir başa seçki hüququ elan edildi; Vətəndaşlara formal də olsa geniş demokratik azadlıq və hüquqlar verilən də , bu kağız üzərində qalmış, simvolik təbliğat materialına çevrilmişdir. Azərbaycanın şimalının Rusiya tərəfindən yenidən işğalı Ermənistanın Respublikaya qarşı ərazi iddialarını daha da qüvvətləndirdi. AXC dövründə niyyətinə çata bilməyib məğlub edilən daşnak hökuməti Sovet Rusiyasının hərtərəfli yardımı ilə Azərbaycan torpaqlarına (Qarabağ, Zəngəzur, Naxçıvan və s. bölgələrə) yiyələnmək siyasətini fəallaşdırdı.

1920-ci ilin avqustunda Sovet Rusiyası ilə erməni daşnak hökuməti arasında bağlanan müqaviləyə görə, Şərur- Dərələyəz erməni daşnak hökumətinə verilir, Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi mübahisəli ərazilər elan olunurdu. Zəngəzururun bir hissəsinin Ermənistana verilməsində 1920-ci il noyabrın 30-da Azərbaycanın ali partiya rəhbərliyinin qəbul etdiyi qərarın da “xidməti” var idi. Qərarda sovet Azərbaycanı və sovet Ermənistanı arasında heç bir sərhədin olmadığı vurğulanırdı.

1921-ci ilin yayında Qafqaz bürosu Qarabağın dağlıq hissəsi ilə bağlı müzakirələrə başladı. Beləliklə, süni surətdə qabardılan Dağlıq Qarabağ məsələsi 1923-cü ilədək rəsmi İrəvanla Bakı arasında kəskin siyasi mübarizənin yeni mərhələsinin əsasını qoydu. 1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK- “Dağlıq Qarabağ Vilayətinin təşkili haqqında” dekret verdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada imzalanmış dostluq müqaviləsi sayəsində erməni fitnələrinə son qoyuldu.Bu müqavilələrin üçüncü bəndinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir". Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu RSFSR-in iştirakı ilə Azərbaycan,Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci il 13 oktyabrda Qarsda bağlanmış 20 maddədən ibarət dostluq müqaviləsində də təsbit edildi. Hər iki müqavilə müddətsiz idi və bu günə kimi Ermənistanla Azərbaycan və Türkiyə arasında dövlət sərhədlərini tənzimləyən yeganə beynəlxalq sənəd hesab edilir.

1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verdi. Beləliklə Naxçıvan məsələsinin Azərbaycanın xeyrinə həll edilməsində Türkiyənin inkaredilməz rolu oldu. Lakin sonralar Zəngəzurun bir parçasını itirilməsi nəticəsində Naxçıvan ərazi baxımından Azərbaycanın əsas hissəsindən ayrı salındı. Bu gələcəkdə Azərbaycan SSR ilə Gürcüstan SSR arasında yeni ərazi problemlərinin meydana çıxmasının bünövrəsini qoydu. Nəticədə 1929-cu ildə Zaqafqaziya MİK-in qərarı ilə, Moskva və Qars beynəlxalq müqavilələrinin şərtlərinə zidd olaraq, Naxçıvan MSSR-in sərhədləri dəyişdirildi və 657 km kvadrat ərazisi Ermənistan SSR-ə verildi. Bundan başqa, XX əsrin 20-ci illərində Ermənistan SSR ilə yaylaqlar və sudan istifadə hüququ zəminində yaranmış sərhəd mübahisələrin görə Azərbaycan SSR Qazax və Cəbrayıl qəzalarının bir sıra torpaqlarını itirdi. 1921-ci ildə respublikalar arasında bağlanmış sazişə əsasən, Gürcüstan Zaqatala dairələrinə olan bütün iddialardan əl çəkdi.

Beləliklə,1920-30-cu ildə sovet milli siyasəti adı altında Azərbaycan xalqının iradəsinə zidd olaraq AXC-dən miras qalmış tarixi torpaqların xeyli hissəsi sovet Ermənistana və Gürcüstana verildi. Irəvanla şəhəri və onun ətrafındaki torpaqları hesabına Ermənistan adlı dövlətin yaradılması azmış kimi, Moskvanın birbaşa müdaxiləsi və beyinləri “beynəlmiləlçilik" ideyaları ilə tamamlanmış Azərbaycan bolşeviklərinin əsirliyi ucbatından tarixi Azərbaycan ərazilərinin xeyli hissəsi qonşu respublikaya “bağışlandı". Bu proses sonrakı dövrlərdə də davam etdi



Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin