2.Dağlıq Qarabağ regionunda yeganə mülkü hava limanına malik olan mühüm kommunikasiya mərkəzlərini ələ keçirmək;
3.Xocalıda törədilən soyqrım ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini qırmaq;
4.Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi iddialarını puça çıxartdığı üçün bu şəhəri yer üzündən silmək.
Xocalı faciəsi ölkədə siyasi gərginliyi daha da artırdı. 1992-ci il martın 6-da Ali Sovetin fövqəladə sessiyasında A.Mütəllibov istefa verdi. Xalq Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini arzu və tələb edirdi. Ölkədə baş verən hadisələr Azərbaycanın yeni ərazilərinin işğal olunmasına şərait yaradırdı.