1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti


Mövzu: 14. HÜQUQİ DEMOKRATİK DÖVLƏT QURUCULUĞU YOLUNDA



Yüklə 87,73 Kb.
səhifə23/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
1   ...   17   18   19   20   21   22   23   24   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ

Mövzu: 14. HÜQUQİ DEMOKRATİK DÖVLƏT QURUCULUĞU YOLUNDA

Plan:
1.Demokratik quruculuguna başlanılması.

2.Azərbaycan Respublikasının Konstitusiyası.

3.Heydər Əliyevin neft strategiyası.

Müasir Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini elan etmiş və dövlət quruculugu sahəsində ardıcıl qətiyyətli tədbirlər həyata keçirmişdir. Belə bir dövlət yaratmaq üçün ölkə tarixi təcrübəyə, qədim dövlətçilik ənənələrinə , güclü iqtisadiyyata ,lazımi elmi potensiala ən əsası H Əliyev kimi siyasətçiyə malik idi.

1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik yaradılmışdır. Bütün çətinliklərə baxmayaraq, Respublikada demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması üçün Prezidentin rəhbərliyi ilə komissiya təşkil edildi. Komissiya Azərbaycan xalqının milli-mənəvi dəyərləri nəzərə alınmaqla, qabaqcıl demokratik ölkələrin təcrübəsi əsasında “Azərbaycan Republikasının Konstitusiyası” layihəsini hazırladı. Lahiyə ümumxalq müzakirəsindən keçdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi niyyətlər təsbit olunmuşdu. Konstitusiyasınn 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Yeni konstitusiyamız insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunması dövlətin ali məqsədi elan etmiş ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa imkan vermişdir. Heydər Əliyev cəmiyyətin humanistləşdirilməsi prinsiplərinə əsaslanaraq, Şərq və müsəlman ölkələri tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğvinə nail oldu. Demokratik hüquqi dövlət quruculuğunda mühüm addımlardan biri də 1995-ci il noyabrın 12-də demokratik parlament seçkilərinin keçirilməsidir. Ümumxalq səsverməsi nəticəsində Müstəqil Azərbaycanın ik demokratik parlamenti yaradıldı. Milli Məclisə müxtəlif partiyaları təmsil edən 125 deputat seçildi. Azərbaycan parlamenti dünyanın qabaqcıl ölkələri qanunverici orqanlarının təcrübəsini öyrənməyə başladı. Parlamentin qəbul etdiyi qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirildi. Dünyanın sivil dövlətlərinin hüquqi və demokratik dövlət quruculuğu ənənə və təcrübələrinə, beynəlxalq hüquq normalarına uyğun qanunlar hazırlamaq məqsədilə 1996-cı ilin fevralında Prezident yayında xüsusi hüquqi islahatlar komissiyası yaradıldı. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərman imzaladı.

Prezidentin 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğv edildi. İnsan hüquqlarının təmin olunma mexanizmi yaradıldı. “Kütləvi informasiya vasitələri haqqında”, “Dini etiqad azadlığı haqqında”, Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Sərbəst toplaşma azadlığı haqqında” və b. qanunlar qəbul olundu. 1998-ci ilin fevralında Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cezası ləğv olundu. 1993-cü illərdə amnistiya yolu ilə 40 min nəfər məhkumluqdan azad edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı. Bütün bunları Prezident Heydər Əliyevin adı ilə bağlayan və sabaha ümidlə baxan xalq, 1998-ci il oktyabrın 11-də alternativ əsasda keçirilən prezident seçkilərində onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik və təşkilat fəaliyyət göstərirdi. Onlardan “Bütöv Azərbaycan birliyi”ni, “Azərbaycan Gənclər təşkilatı”nı, “Respublika Uşaq təşkilatı”nı, “Azərbaycan Qadınlar Cəmiyyəti”ni göstərmək olar. 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. Seçkilərə hazırlıq və onun keçirilməsi demokratik normalara və dünya təcrübəsinə əsaslanırdı. 2000-ci il noyabrın 5-də tərkibinin əksəriyyətini YAP-çılar təşkil edən 4 siyasi partiyanin nümayəndələrindən ibarət yeni parlament seçildi. 1994-cü ilin əvvəllərində milli valyuta-manat Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu. Bəzi sahələrə vəsait ayırılması dayandırıldı. Büdcə kəsirinə ciddi nəzarət edildi, onun artmasına yol verilmədi.

Nəticədə 1995-ci ildə inflyasiya kəskin surətdə azaldı, 1998-ci ildə tam aradan qalxdı. Manatın məzənnəsi (dollara nisbətən) artdı İqtisadiyyatın struktur dəyişmələrinin mühüm istiqamətlərindən biri də aqrar islahatın həyata keçirilməsi oldu. 1995-ci ilin martında “Dövlət aqrar islahatı” komissiyası yaradıldı. “Torpaq islahatı haqqında” Qanun 1996-cı il iyulun 16-da qəbul edildi. Respublikanın vahid torpaq fondu əsasında üç – dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22%-i – 1 milyon 911 min hektar xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi. “Dövlət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar , bunlara uyğun normativ aktlar qəbul olundu.

Azərbaycan rəhbəri MDB ilə əlaqələrin yaranmasına böyük əhəmiyyət vermişdi. 1994-cü ilin mayında Azərbaycan Respublikası NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoyulmuşdu. Respublikanın Prezidenti 1994-cü ilin sentyabrında BMT-nin 49-cu və 2000-ci ildəki yubiley sessiyalarının tribunasından Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırmışdı. Azərbaycanın xarici siyasətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) fəaliyyəti mühüm rol oynayır. 1992-ci ildə ATƏM-in Minsk qrupu yaradılmışdır. Prezident Heydər Əliyevin səyi nəticəsində 1994-cü il mayın 12-də ATƏM-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanmışdı. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən sammitdə Prezident Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatı yaradılmışdır. ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitinin nəticələri Azərbaycan diplomatiyasının mühüm nailiyyəti olmuşdur. Sammitdə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və əzmkarlığı sayəsində ATƏT-in üzvü olan 54 ölkənin 53-ü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. 1997-ci ildə iqtisadi artımı sürətləndirmək, xalqların rifahını yaxşılaşdırmaq, faydalı ticarət münasibətlərini dərinləşdirmək məqsədilə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GU AM adlı təşkilat yaratdılar. Azərbaycan beynəlxalq münasibətlərdə iştirakının güclənməsində ATƏT-in 1999-cu ilin noyabrında İstanbulda keçirilmiş növbəti zirvə görüşünün mühüm rolu olmuşdur. Azərbaycan bir daha dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu sübut etdi. Sammit bir daha göstərdi ki, Azərbaycanın dünya miqyasında təklənməsinə artıq son qoyulmuşdur və sülh yolu indiki zamanda düzgün yoxdur, çünki belə olmasaydı neft sazişləri olmazdı, bu gün Bakı-Ceyhan da olmazdı.

Neft sənayesi iqtisadiyyatın qabaqcıl sahəsi kimi mühüm rol oynayırdı.O iqtisadiyyatın digər sahələrini inkişaf etdirməkdə ,xarici investisiyaları ölkə iqtisadiyyatına cəlb etməkdə və daxili investisiya imkanlarını genişlətməkdə mühüm rol oynaya bilərdi.neft amilini ölkənin iqtisadi inkişafında və müstəqilliyin inkişafındakı rolunu nəzərə alan H.Əliyev özünün neft strategiyasını müəyyən etdi.Bu strategiya Azərbaycanın zəngin neft –qaz ehtiyatlarını ən müasir üsullarla hasil etməkdən ,xarici bazarlarda satmaqdan və əldə edilmiş gəlir hesabına respublika iqtisadiyyatının bütün sahələrini inkişaf etdirməkdən ,əhalininmaddi rihahını yüksəltməkdən ibarət idi.Azərbaycanın neft strategiyasının əsası 20 sentyabr 1994-cü ildə*Əsrin Müqaviləsinin *imzalanması ilə qoyuldu.Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç zəngin neft yatagının iri xarici neft şirkətləri ilə birgə işləməsini nəzərdə tuturdu.1994-2001-ci illərdəAzərbaycan Respublikasının Dövət Neft Şirkəti 14 ölkənin 32 neft şirkətləri ilə 21 müqavilə imzaladı.Həmin müqavilələrə görə Azərbaycana 60 milyard dollar həcmində investisiya cəlb olunması nəzərdə tutulurdu.1999-cu ilin noyabın 18-də İstanbulda xam neftin Bakı-Tbilisi-Ceyhan əsas boru ixrac neft kəməri vasitəsilə nəql edilməsi ilə baglı saziş imzalandı.Azərbaycan,Gürcüstan,Türkiyə ərazisindən keçməli olan bu kəmərlə əlaqədar bütün mübahisələrin ugurla həll edilməsi ulu öndər H.Əliyevin ugurlu xarici siyasətinin nəticəsi idi.Müqavilənin reallaşmaga başlaması əsrin sonuna kimi Azərbaycan Neft Fonduna 230 milyon ABŞ dolları həcmində vəsait gətirdi.Respublika iqtisadiyyatının başqa sahələrinin inkişafına şərait yarandı.

“Əsrin müqaviləsi”nə uyğun olaraq çıxarılan neftin Avropa bazarlarına satılması üçün iki – Bakı-Novorossiysk və Bakı-Supsa (Gürcüstan) neft kəmərləri çəkildi. 1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı. Bu konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi. Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində respublikamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Avropa – Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmi 10 dəfələrlə artırılırdı. 1991-ci ilin dekabrında latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi. 1997-ci ilin yazında isə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. 1992-ci ilin ortalarında “Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyni”, 1993-cü ildə isə onun icra qurumu – TÜRKSOY yarandı. Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ölkədə ali təhslin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoydu. Ali təhsil müəssisələrinin həyatında yeniliklər baş verdi. 1993-cü ildən ali məktəblərdə iki: bakalavr və magistr pilləli təhsilə keçildi. Özəl təhsil müəssisələri meydana gəldi. Minlərlə gənc xarici ölkələrdə təhsil almaq imkanı qazandı. 2000-ci ilin aprelində möhtəşəm ədəbi-tarixi abidənin “Dədə Qorqud dastanı”nın 1300 illik yubileyi Bakıda böyük təntənə ilə keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanlarından sonra iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdur. 1998-ci ilin oktyabrında Şəhidlər Xiyabanında azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirən 21 metr hündürlüyündə abidənin və əbədi məşəlin açılışı oldu.




Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin