İnzibati(idarə edilən) şaquli marketinq sistemi. İnzibati ŞMS-də idarəçilik ümumi mülkiyyət və müqavilə əlaqələri əsasında deyil, bir və ya bir neçə dominant kanal üzvülərinin birliyi və gücü ilə təmin edilir. Yüksək keyfiyyətə malik olan istehsalçı güclü ticarət əlaqələri yarada və vasitəçilərin dəstəyini qazana bilər. Məsələn, “General Elektrik” , “Procter &Gamble” və “Kraft” vitrinlər, dükan rəfləri, təşviqatlar və qiymət siyasəti ilə bağlı vasitəçilərdən qeyri adi əməkdaşlıq tələb edə bilər. Nəhəng pərakəndə satıcılar olan “Wal-Mart”, “Home Depot” və s. tədarük edərək satdıqları məhsulların istehsalçılarına güclü təzyiq göstərə bilər.