Frayçazinq təşkilatları müqavilə münasibətlərinin ən adi növlərindən biridir. Kanalın françayzer adlanan imtiyazlı üzvü istehsal- paylama prosesinin müxtəlif mərhələlərini öz əlində birləşdirə bilər.Təxminən 320000 dükana sahib olan 1600 Amerika françayzeri illik satışlardan bir trilyon dollar əldə edir.
Franşizanın üç növü vardır. Franşizanın birinci növü istehsalçı tərəfindən maliyyələşdirilən pərakəndə franşiza sistemi adlanır. Məsələn, “Ford” və onun müstəqil françayzer – dilerlər şəbəkəsi. İkinci növ istehsalçı tərəfindən maliyyələşdirilən topdansatış franşiza sistemi adlanır. Məsələn, “Coca-cola” onun şirə məhsullarını alan, qablaşdıran və hazır məhsulu yerli bazarlarda pərakəndə satıcıya satan müxtəlif dükanlarda öz şüşə dolduranlarına(topdan satıcılara) imtiyazlar verir. Franşizanın üçüncü növü isə xidmət firmaları tərəfindən maliyyələşdirilən pərakəndə franşiza sistemi adlanır. Bunlara nümunə kimi maşınların kirayəsində və otel biznesində rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |