1. Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi Marketinq kanallarının xarakteri və əhəmiyyəti Kanal rejimi və quruluşu



Yüklə 90,14 Kb.
səhifə4/16
tarix12.05.2022
ölçüsü90,14 Kb.
#57694
1   2   3   4   5   6   7   8   9   ...   16
marketinq 10

Riski üzərinə götürmək funksiyanın icrası kanal işlərini icra etməklə bu zaman meydana çıxa biləcək risklərin işi icra edənin öz üzərinə götürməsini nəzərdə tutur.

Yuxarıda sadalanan funksiyalar üzrə əsas məsələ onların həyata keçirilməsinin zəruri olub - olmaması deyil. Əsas məsələ bu funksiyaların kimi tərəfindən icra edilməsidir. İstehsalçıların özləri tərəfindən bu funksiyaların yerinə yetirilməsi onların xərclərini və deməli, məhsullarının qiymətlərini artırır. Vasitəçilər tərəfindən funksiyaların icra olunması da xərclərsiz ötüşmür, lakin bu halda qiymətlərin yüksəlişi əvvəlki variantala müqayisədə daha az ola bilir. Çünki vasitəçilər marketinq kanallarındakı işləri daha peşəkarcasına icra edirlər və onlar məhsula əlavə etdikləri dəyəri nəzərə almaqla ona qiymət təyin edirlər.

Müştərilərə məhsul və xidmətlər çatdırmaq üçün şirkətlər öz paylama kanallarını müxtəlif cür formalaşdırırlar. Məhsulu və xidməti müştəriyə çatdırmaq üçün fəaliyyət göstərən marketinq kanalının hər bir təbəqəsi kanal səviyyəsi adlanır. İstehsalçı və son müştəri birlikdə iş icra etdiklər üçün onlar hər bir kanalın ayrılmaz hissəsidir. Kanalda olan vasitəçilərin sayı kanalın uzunluğunu göstərir.

Aşağıdakı şəkildə müştəri və biznes marketinq kanallarının müxtəlif növləri göstərilmişdir.


Yuxarıda təsvir olunan diaqramlarada müxtəlif uzunluqlu bir neçə marketinq kanalı göstərilmişdir. Birinci kanal birbaşa marketinq kanalı adlanır. Burada şirkət vasitəçidən istifadə etmir və öz məhsulunu müştəriyə özü birbaşa satır. Məsələn, “Avon” və “Amvay” öz məhsullarını qapı-qapı, ev və ofislərədək satış tədbirləri vasitəsilə və elektron səhifələrlə satır. Universitetlər isə təhsili universitet tələbələrinə şəhərciklərdə və məsafədən təhsil üsulu ilə satırlar. Diaqramda göstərilən qalan kanallar vasitəli marketinq kanlalardırır. Bu kanallarda bir və ya daha çox vasitəçi vardır.

Aşağıdakı diaqramda bəzi biznes paylama kanalları göstərilmişdir. Bu

kanllarda vasitəçini olmadığı (birinci kanal)və olduğu kanal( o biri kanallar) vardır. Birinci kanal birbaşa, o biriləri isə vasitəli marketinq kanallarıdır.


Yüklə 90,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin