1. Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi Marketinq kanallarının xarakteri və əhəmiyyəti Kanal rejimi və quruluşu



Yüklə 90,14 Kb.
səhifə16/16
tarix12.05.2022
ölçüsü90,14 Kb.
#57694
1   ...   8   9   10   11   12   13   14   15   16
marketinq 10

Logistika sisteminin məqsədləri.Logistika sistemlərinin məqsədi aşağı xərclərlə müştəri xidmətlərinin hədəf səviyyəsini təmin etməkdən ibarət olmalıdır. Şirkət, ilk öncə, müştərilərə təklif edilən müxtəlif xidmətlərin əhəmiyyətini araşdırmalı, daha sonra hər bir müştəri qrupu üçün xidmətlərin arzuolunan səviyyəsini müəyyən etməlidir. Burada əsas məqsəd satışları deyil, gəlirləri artırmaqdan ibarət olmalıdır. Bu səbəbdən, şirkət xərcləri nəzərə almaqla, təklif etdiyi yüksək səviyyəli xidmətin gəlirini müəyyən etməlidir. Bəzi şirkətlər öz rəqiblərilə müqayisədə daha az xidmət təklif edir və aşağı qiymət təyin edirlər.

Logistika sisteminin başlıca funksiyaları. Yuxarıda qeyd etdiyimiz məqsədləri nəzərə alaraq, şirkət bu məqsədlərə nail olmaq üçün xərcləri azaltmağa imkan verən təchizat sistemini yaratmağa çalışmalıdır. Bunu üçün logistika sisteminin bir sıra funksiyaları icra olunmalıdır. Həmin sistemin başlıca funksiyalarına aşağıdakılar aiddir:

  • Malların anbarlarda saxlanılması.

  • Material ehtiyyatlarının idarə edilməsi.

  • Malların nəql edilməsi.

  • Təchizat məlumatlarının idarə edilməsi.

Material ehtiyyatlarının idarə edilməsi müştəri məmnunluğunabilavasitə təsir göstərir. Bunları nəzərə alaraq, menecerlər material ehtiyyatlarının çox az və həddindən artıq olması arasında tarazlıq yaratmalıdırlar. Ehtiyyatların həcmi az olduqda, müştərilər mal almaq istəyərkən, onların çatışmazlığı özünü göstərə bilər. Onların həddindən ziyadə çox ehtiyyatlarının yaradılması isə saxlanma xərclərinin çoxalmasına və beləliklə də, malların qiymətlərinin yüksəlişinə və onların rəqabətqabiliyyətliliyinin azalmasına gətirib çıxa bilər. Ona görə də material ehtiyyatlarının həcminin optimallığı təmin edilməlidir.
Yüklə 90,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin