1. Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi Marketinq kanallarının xarakteri və əhəmiyyəti Kanal rejimi və quruluşu


İctimai siyasət və paylama qərarları



Yüklə 90,14 Kb.
səhifə14/16
tarix12.05.2022
ölçüsü90,14 Kb.
#57694
1   ...   8   9   10   11   12   13   14   15   16
marketinq 10

6.İctimai siyasət və paylama qərarları
İstehsalçıların və topdan satıcıların əksəriyyəti öz məhsulları ilə eksklüziv paylama kanalları yaratmaq istəyirlər. Satıcı müəyyən bir dükana öz məhsullarını satmaq üçün icazə verdiyi zaman eksklüziv paylama strategiyasından istifadə edir. Satıcı dilerdən rəqibin mallarını satmamağı tələb etdiyi zaman da eksklüziv ticarət strtaegiyasından istifadə edir və hər iki tərəf bu strtaegiyanın reallaşdırılmasından mənfəət götürür. Belə ki, satıcı etibarli və özündən asılı olan dükan əldə edir, diler isə etibarlı təchizat və satış dəstəyi qazanır. Ancaq reallaşdırılan bu strtaegiya digər istehsalçıların bu dilerə mal satılmasının qarşısını alır. Eksklüziv ticarət ilə belə situasiyanın meydana gəlməsi 1914-cü ildə ABŞ-da “Clayton” sazişinin bağlanılması ilə nəticələnir. Bu sənədə görə eksklüziv ticarət rəqbəti məhdudlaşdırmadığı, inhisarın yaranmasına imkan vermədiyi halda qanuni hesab edilir.

Eksklüziv ticarətə həm də eksklüziv ərazi razılaşmaları daxildir. İstehsalçı nəzərdə tutulan ərazidə digər dilerlərə mal satmayacağı ilə bağlı öhdəlik götürə bilər və satıcı yalnız öz ərazisi daxilində mal satmaq təklifi ilə razılaşa bilər. Birinci praktika françayzinq sistemi üçün normaldır, çünki o, dilerin ruh yüksəkliyini və öhdəliklərini artırır. Bu, həm də qanuni baxımdan düzgün praktikadır. Belə ki, arzu etdiyindən daha çox sayda dükanlar vasitəsilə mal satmağa görə satıcı heç bir hüquqi cavabdehlik daşımır. İkinci praktikada istehsalçı öz ərazisinin kənarında dilerin mal satmaması üçün səy göstərir ki, bu da hüquqi baxımdan əsas problemlərin yaranmasına gətirib çıxarır



Yüklə 90,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin