2.Marketinq kanallarının xarakteri və əhəmiyyəti
Çox az satıcı öz məhsul və xidmətlərini istehlakçılara birbaşa satır. Satıcıların əksəriyyəti isə öz məhsullarını vasitəçilərin köməkliyindən istifadə etməklə bazarlara çatdırırlar. Ona görə də onlar marketinq və yaxud paylama kanallarının yaradılması üzərində ciddi düşünməli olurlar. Marketinq kanalları məhsulları və xidmətləri istehlakçının və biznesin ixtiyarına verən müstəqil təşkilatlardan ibarət topludur.
Şirkətin öz məhsullarını satmaq üçün marketinq kanallarında olan vasitəçilərə ötürməsinin bir sıra səbəbləri vardır. Bu səbəblər sırasına vasitəçilərin malik olduğu əlaqələr, onların təcrübələri, ixtisaslaşma səviyyələri, əməliyyatlarının miqyası və s. aiddir. Sadalanan səbəblər şirkətin məhsullarının peşəkar səviyyədə və daha böyük həcmlərdə satılmasına kömək edir.
Məhsul və xidmətləri istehlkakçıya çatdıran vasitəçilər və yaxud kanal üzvüləri bu xidmət və məhsullardan istifadə edənlər üçün zaman, məkan və malın alınması mənasında bir körpü rolunu oynayırlar. Bu zaman marketinq kanallarının üzvüləri bir sıra funksiyalar yerinə yetirirlər. Bu funksiyalardan bir qismi sövdələşmələrin bağlanılmasına kömək edir. Onlara aşağıdakı aiddir:
Dostları ilə paylaş: |