Məlumat. Bu funksiyanın icra olunması sayəsində zəruri marketinq məlumatları toplanılır və paylanılır.
Təşviqat. Marketinq təkliflərilə əlaqədar güclü kommunikasiyalar yaradılır və onlar paylanılır.
Əlaqə. Potensial alıcılar tapılır və onlarla əlaqələr yaradılır.
Uyğunlaşma. İstehsal, çeşidləmə, birləşdirmə və qablaşdırma kimi fəaliyyətlər də daxil olmaqla marketinq təklifi firmalaşdırılır və onların alıcıların ehtiyaclarına uyğunlaşdırılması təmin edilir.
Danışıqlar.Bu funksiyanın icra olunması nəticəsində mal və mülkiyyətin daşınmasını təmin etmək üçün təklifin qiyməti və digər şərtlər üzrə razılığa gəlinir.
Marketinq kanalında sövdələşmələrin icra olunmasına köməklik edən funksiyalara isə aşağıdakılar aid edilir:
Fiziki paylamafunksiyanın icra edilməsi sayəsində məhsulların daşınması və bölüşdürülməsi təmin edilir.
Maliyyələşdirmə funksiyanın icra edilməsi sayəsində kanal işlərinin xərclərinin ödənməsi üçün fondalar tapılır və onlardan istifadə edilir.