Şaquli marketinq sistemi
Ənənəvi marketinq sistemi
Diaqram
Şaquli marketinq sistemi ilə ənənəvi marketinq kanallarının müqayisəsi
İ
İstehsalçılar
stehsalçılar
|
Topdan satıcılar
|
|
|
Topdan satıcılar
|
P
Pərakəndə satıcılar
ərakəndə satıcılar
|
İstehlakçılar
İstehlakçılar
Ənənəvi paylama kanalları bir və daha artıq müstəqil istehsalçıdan, topdan və pərakəndə satıcıdan ibarətdir. Onların hər biri bütöv sistemin hesabına öz gəlirini maksimuma çatdırmaq üçün fərdi qaydada biznes yaradırlar. Bu marketinq kanalında kanal üzvlərindən heç biri digər kanal üzvü üzərində artıq nəzarətə malik deyil və rolların bölüşdürülməsi və kanalda yarana bilkəcək münaqişələrin həlli üçün heç bir rəsmi vasitə yoxdur. Bundan fərqli olaraq, şaquli marketinq sistemi (ŞMS) vahid sistem kimi fəaliyyət göstərən istehsalçılardan, topdan və pərakəndə satıcılardan ibarətdir. Bir kanal üzvü digər üzvünü öz mülkiyyətinə götürür, onlarla müqavilə bağlayır və onlar o qədər gücə malik olur ki, hər kəslə əməkdaşlıq etməli olduqlarını düşünürlər. Şaquli marketinq sistemində kanala liderlik istehsalçı, topdan ticarətçi və pərakəndə ticarətçi tərəfindən həyata keçirilə bilər. Bu sistemin korporativ, müqaviləli və inzibati idarə edilən növlərini fərqləndirirlər.
Korporativ ŞMS.Korporativ ŞMS vahid mülkiyyət əsasında istehsal və paylamanın növbəti mərhələsini təşkil edir. Koordinasiya və münaqişələrin idarə edilməsi ardıcıl təşkilati kanallar vasitəsilə həyata keçirilir. Məsələn, “Sears” öz məhsullarının 50%-dən çoxunu özünün tam və ya qismən mülkiyyətində olan şirkətlərdən əldə edir.
Bütün paylama şəbəkələərinə nəzarət etmək imkanı İspaniyanın “Zara” paltar şəbəkəsini dünyanın ən sürətlə inkişaf edən dəbli paltar pərakəndə satıcısına çevirmişdir. Bu firmanın əldə etdiyi uğurların sirri dizayn və istehsaldan tutmuş, özünün dünya paylama şəbəkəsinə qədər demək olar ki, hər aspektinə nəzarət etməsidir. “Zapa” parçaların 40%-ni özü hazırlayır və çoxsaylı gənc təchizatçılara ümid olmayıb, paltarlarının yarıdan çoxunu özü istehsal edir. Yeni stil “Zara”nın öz dizayn mərkəzində formalaşdırılır və real-vaxt satış məmulatları ilə dəstəklənir. Yeni tərtibatlar “Zara”nın istehsal mərkəzlərinə ötürülür və burada istehsal edilən məhsullar sözügedən firmanın dünyanın 30 ölkəsindəki 600 dükanına göndərilir.
Müqaviləli ŞMS.Bu şaquli marketinq kanalında olan şirkətlər daha çox satış nüfuzuna sahib olamaq və daha çox qənaət əldə etmək üçün ayrı – ayrılıqda müqavilə imzalamaqla bir araya gəlirlər. Koordinasiya və münaqişələrin idarə edilməsi kanal üzvüləri arasında müqavilə əsasında əldə edilmiş razılaşmalar vasitəsilə həyata keçirilıir.
Dostları ilə paylaş: |