1. Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi Marketinq kanallarının xarakteri və əhəmiyyəti Kanal rejimi və quruluşu


Marketinq logistikası və təchizat şəbəkəsinin idarə edilməsi



Yüklə 90,14 Kb.
səhifə15/16
tarix12.05.2022
ölçüsü90,14 Kb.
#57694
1   ...   8   9   10   11   12   13   14   15   16
marketinq 10

7. Marketinq logistikası və təchizat şəbəkəsinin idarə edilməsi
Müasir dövrün qlobal bazarlarında bəzən məhsulların satılması müştərilərin tapılmasından daha çətindir. Şirkətlər müştərilərə münasib vaxtda və düzgün müəyyən olunmuş yerdə əlverişli çeşidlərlə mal satmaq üçün öz məhsul və xidmətlərinin satılması, idarə edilməsi və hərəkətinin ən səmərəli yollarını müəyyən etməlidir. Buna isə fiziki paylama və təchizat fəaliyyətilə nail olmaq mümkündür. Fiziki paylama və təchizat qabiliyyəti müştəri məmnunluğuna və şirkətin xərclərinə böyük təsir gücünə malikdir.

Qeyd edək ki, bəzi menecerlər marketinq logistikası deyərkən yalnız yük maşınları və anbar başa düşürlər. Lakin müasir logistika daha geniş mənaya malikdir. Marketinq logistikası müştərilərin təlabatını ödəmək üçün (bunu fiziki paylama da adlandırırlar) məhsulların, xidmətlərin və müvafiq məlumatların istehsal nöqtəsindən istehlak nöqtəsinədək fiziki axınlarının planlaşdırılmasını, həyata keçirilməsini və ona nəzarət edilməsini özünə daxil edir. Qısaca desək, marketinq logistikası müəyyən məhsulun müştəriyə münasib yerdə, müvafiq vaxtda çatdırılması prosesidir.

Əvvəllər fiziki paylama məhsulun fabrikdə istehsalı ilə başlayıb aşağı xərclərlə müştəriyə çatdırılması ilə başa çatırdı. Lakin bu gün marketoloqlar bazarlar ilə başlayan, fabriklərdə davam edən və təchizat mənbəyi olan müştəri mərkəzləşdirilmiş logistika sisteminə üstünlük verirlər. Marketinq logistikası təkcə ixrac yğnümlü paylamadan( məhsulların fabrikdən müştəri istiqamətində hərəkət etdirilməsi) ibarət olmayıb, həm də əks istiqamətli(sınmış, arzuolunmaz və artıq məhsulların istehlakçılar və vasitəçilər tərəfindən geri qaytarılması) və idxal yönümlü axınlardan( məhsulların və materialların təchizatçıdan fabrika axınlarının təşkili) ibarətdir. Bütün bunların hamısı təchizat şəbəkələrinin idarə edilməsi prosesini təşkil edir. Təchizat şəbəkəsinin idarə edilməsi dedikdəşirkətlər, vasitəçilər, təchizatçılar və son müştərilər arasında materialların, hazır məhsulların, müvafiq məlumatların əlavə dəyər olunmuş “aşağı və yuxarı axınları”nın idarə edilməsi başa düşülür. Bütün bunlar aşağıdakı diaqramda göstərilmişdir/ diaqram/.

Beləliklə, təchizatı idarə edən menecerin vəzifəsi təchizatçıların, satış agentlərinin, marketoloqların, kanal üzvülərinin və müştərilərinin fəaliyyətlərini koordinasiya etməkdən ibarətdir. Bu fəaliyyətlərə proqnozlaşdırma, informasiya sistemləri, satın alma, istehsalın planlaşdırılması, sifarişlərin edilməsi, mal anbarlarında material ehtiyyatlarının və nəqliyyatın planlaşdırılması daxildir.



Hazırkı şəraitdə şirkətlər bir sıra səbəblərdən təchizata böyük önəm verirlər. Bunun bir sıra səbəbləri vardır və həmin səbəblər sırasına aşağıdakıları aid etmək olar: birincisi, inkişaf etmiş qabaqcıl təchizat sisteminə malik olmaq müştərilərə aşağı qiymətlərlə məhsulların təklifi və deməli, böyük bazar payına malik olma deməkdir ki, bu da həmin təkliflə çıxış edən şirkətin rəqabətqabiliyyətliliyinin yüksək olmasna dəlalət edir; ikincisi, qabaqcıl təchizat sistemi şirkətin və onun müştərilərinin xərclərini əhəmiyyətli şəkildə azaldır; üçüncüsü, məhsul çeşidinin və bazarlarda olan məhsulların həddindən ziyadə çoxalması inkişaf etmiş təchizat sisteminə malik olmanı tələb edir; nəhayət, informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlər paylama şəbəkəsində əhəmiyyətli səviyyədə mənfəət əldə etmək imkanı yaradıb.


Yüklə 90,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin