Kadr və maddi-texniki bazası imkan verən bəzi universitetlər və
akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə «magistr»
dərəcəsi verilərkən xüsusi elmi hazırlığı, qabiliyyəti olan məzunların üçüncü
pillədə doktoranturada saxlanılması məsləhət görülür, onlar müvafiq imtahanları
verdikdən sonra doktoranturada tədqiqatlarını davam etdirirlər. Doktoranturanı başa
vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və
«doktor» elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin
«magistratura» pilləsində fəaliyyət göstərə bilərlər.
Təhsil Qanununun ikinci bölməsində ali məktəblərdə və orta ixtisas
məktəblərinə qəbul, elmi dərəcələr və elmi adların verilməsi, ali təhsil sistemində
elmi-tədqiqat işləri, ali məktəblərin müstəqilliyi, ixtisasartırma və kadrların yenidən
hazırlanması, məktəbdənkənar təlim-tərbiyə, sərbəst təhsil, təhsil müəssisələrinin
təsisçiləri məsələləri və digər məsələlər də geniş əksini tapır.
Dostları ilə paylaş: