1. Təhsili idarəetmənin ümumi əsaslari


təlim-tərbiyə müəssisələri



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   2   3   4   5   6   7   8   9   ...   36
tehsilin-idare-olunmasl

təlim-tərbiyə müəssisələri. Belə uşaqlar üçün aşağıdakı təlim-tərbiyə müəssisələri
fəaliyyət göstərir:
- ailədə tərbiyə və təhsil almaq üçün zəruri şərait olmayan uşaqlar üçün
ümumtəhsil internat məktəbləri;
- yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün uşaq evləri,
internat-məktəblər;
- uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar üçün sanatoriya tipli məktəblər,
internat-məktəblər, uşaq evləri;
- əlahiddə şəraitdə tərbiyə olunması zəruri olan uşaqlar və yeniyetmələr üçün
xüsusi ümumtəhsil və peşə məktəbləri. 
Peşə məktəbləri və peşə litseyləri. Peşə məktəbləri və peşə litseyləri
müxtəlif peşələrdən olan sənətkarlara tələbi ödəyən, həmçinin Azərbaycanın
unudulmuş və sıradan çıxmaqda olan nadir və ənənəvi sənətkarlıq sahələrinin


dirçəldilməsinə yönələn ilkin peşə təhsili müəssisələridir. Peşə məktəblərinə icbari
təhsili başa vuran və sənətə meylli şəxslər qəbul olunurlar.
Orta ixtisas məktəbiəri (texnikumlar, kolleclər). Bu təhsil müəssisələri əsas
və ümumtəhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə
orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və
ixtisaslarını artırırlar. Orta ixtisas məktəblərini bitirənlərə «kiçik mütəxəssis»
dərəcəsi verilir.
Ali məktəblər. Ali məktəblər konkret ixtisaslar verən tədris müəssisələridir.
Ali məktəblərin nəzdində müxtəlif pillədən olan tədris müəssisələri fəaliyyət
göstərə bilər. Ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr
hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları
ilə həyata keçirilir. Əyani (gündüz) təhsil forması aparıcı rol oynayır.
Ali təhsil birpilləli, ikipilləli və üçpilləli ali məktəblərdə həyata keçirilir.
Birpilləli ali məktəblərdə (institutlarda, konservatoriyalarda, kolleclərdə və s.)
müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsili mütəxəssislər
hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» ixtisas və elmi dərəcəsi
verilir.
İkipiiləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər müvafiq
dövlət standartlarına uyğun olaraq ümumi ali təhsili başa vurur, «bakalavr» ixtisas
və elmi dərəcəsi alır, əmək fəaliyyətinə başlayır. «Bakalavr» dərəcəsi almış
mütəxəssislərin ən istedadlı və ümidverən hissəsi müsabiqə əsasında magistraturada
saxlanılır. Bu müsabiqədə əvvəllər «bakalavr» dərəcəsi almış məzunlar, birpilləli ali
məktəblərin məzunları da iştirak edə bilərlər.
Magistraturanı başa vuranlar elmi şuranın qərarı ilə «magistr» ixtisas və elmi
dərəcəsi alırlar.
«Magistr» dərəcəli mütəxəssislər ali məktəblərin «bakalavr» pilləsində, habelə
institutlarda, kolleclərdə, konservatoriyalarda və başqa birpilləli ali təhsil
müəssisələrində, elmi-tədqiqat mərkəzlərində, institutlarda və s. bu tipli
müəssisələrdə fəaliyyət göstərə bilərlər.


Kadr və maddi-texniki bazası imkan verən bəzi universitetlər və
akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə «magistr»
dərəcəsi verilərkən xüsusi elmi hazırlığı, qabiliyyəti olan məzunların üçüncü
pillədə doktoranturada saxlanılması məsləhət görülür, onlar müvafiq imtahanları
verdikdən sonra doktoranturada tədqiqatlarını davam etdirirlər. Doktoranturanı başa
vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və
«doktor» elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin
«magistratura» pilləsində fəaliyyət göstərə bilərlər.
Təhsil Qanununun ikinci bölməsində ali məktəblərdə və orta ixtisas
məktəblərinə qəbul, elmi dərəcələr və elmi adların verilməsi, ali təhsil sistemində
elmi-tədqiqat işləri, ali məktəblərin müstəqilliyi, ixtisasartırma və kadrların yenidən
hazırlanması, məktəbdənkənar təlim-tərbiyə, sərbəst təhsil, təhsil müəssisələrinin
təsisçiləri məsələləri və digər məsələlər də geniş əksini tapır.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin