1. Təhsili idarəetmənin ümumi əsaslari


MÖVZU 2. TƏHSİLİN İDARƏOLUNMASININ SİSTEMİ VƏ



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   2   3   4   5   6   7   8   9   10   ...   36
tehsilin-idare-olunmasl

MÖVZU 2. TƏHSİLİN İDARƏOLUNMASININ SİSTEMİ VƏ
STRUKTURU.
Əhatə olunacaq məsələlər
1. Təhsili idarəetmənin dövlət sənədləri. 
2. Təhsil sistemi. Onun vəzifələri və idarə olunması.
3. Təhsil Qanunu. Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi.
4. İdarəetmənin təşkilati strukturu.
5. Təhsili idarəetmənin dövlət orqanları və onların funksiyaları.
Təhsilin idarə edilməsi müvafiq dövlət sənədlərinə əsaslanır. Məktəb
qarşısında qoyulan məqsəd və vəzifələrin həllində metodoloji və nəzəri əsas kimi
rəhbər tutulan dövlət sənədlərinə Azərbaycan Respublikasının Konstitusiyası,
Təhsil Qanunu, həmin qanuna müvafiq olaraq qəbul edilmiş təhsil qanunvericiliyi
aktları, o cümlədən təhsil müəssisələrinin nizamnamələri, müxtəlif sahələr üzrə
əsasnamələr daxildir.
Azərbaycan Respublikasının Konstitusiyası ali qanunvericilik sənədi -
əsas qanun olmaqla cəmiyyət həyatının digər sahələrində olduğu kimi, siyasətinin
əsaslarını müəyyən edir. Konstitusiya insan və vətəndaş hüquq və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat
səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyən edir (maddə 12).
Şərəf və ləyaqətin müdafiəsi hüququ ilə bağlı Konstitusiya maddəsində (42)
şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması təminatı da öz əksini
tapmışdır: heş bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; heç
kəsə işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftar və ya
cəzaya məruz qala bilməz.
Konstitusiyada uşaq hüquqları da öz əksini tapmışdır. 17 – ci maddədə ailə,
uşaq və dövlətin münasibətləri tənzimlənir: cəmiyyətin əsas özəyi kimi ailə
dövlətin xüsusi himayəsindədir; uşaqların qayğısına qalmaq və onları tərbiyə
etmək valideynlərin borcudur. 


Konstitusiyada vətəndaşların hüquqları ilə yanaşı vəzifələri də göstərilmidir.
Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından
bilavasitə irəli gələn vəzifələr daşıyır.
Konstitusiya din və dövlət arasındakı münasibətləri də tənzimləyir.
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqatlar dövlət
qarşısında bərabərdir; insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır; dövlət təhsil
sistemi dünyəvi xarakter daşıyır. 
Konstitusiyada dövlət dili ilə bağlı xüsusi maddə vardır. Orada göstərilir ki,
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir; Azərbaycan Respublikası
əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafınıda təmin edir.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin