1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpaq kalloidləri  və torpağın uduculuq qabiliyyəti



Yüklə 132,98 Kb.
səhifə26/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   22   23   24   25   26   27   28   29   ...   109
Torpaq coğrafiyaaı tam suallar

10. Torpaq kalloidləri  və torpağın uduculuq qabiliyyəti.

Torpaq müxtəlif ölçülü hissəciklərdən təşkil olunmuş mü rəkkəb polidispers sistemdir. Torpaq kolloidləri diametrinin ölçüləri 0,0001 – 0,0200 nm arasında dəyişən hissəciklərdən ibarətdir. Onların torpaqda miqdarı müxtəlifdir. Müxtəlif torpaqlarda kolloid hissəciklərinin miqdarı 1-2–dən 30-40%-ə kimi dəyişir. Kolloid hissəcikləri torpaqların sorbsion xassəsinin əsas daşıyıcılarıdır. Buna səbəb aşağıdakılardır: 1) torpaq kolloidləri hətta cüzi miqdarda belə torpağın bərk fazasının ümumi səthinin əsas hissəsini təşkil edir; 2) torpaq kolloidlərinin səthinin fiziki və kimyəvi təbiəti onlarda müxtəlif sorbsion proseslərin cərəyan etməsindən ötrü əlverişli şərait yaradır. Miqdarı torpaq kütləsinin 4%-ni təşkil edən kolloid hissəciklərinin səthi torpağın bərk fazasının ümumi səthinin 80%-dən az olmayan hissəsini təşkil edir. Torpaqda kolloidlər mineral, üzvi və üzvi-mineral birləşmələrlə təmsil olunmu şdur. Mineral kolloidlərə gilli minerallar, silisiumun kolloid formaları və biryarımoksidlər aid edilir. Üzvi kolloidlər əsasən humus və zülal təbiətli üzvi maddələrlə təmsil olunmuşdur. Üzvi-mineral kolloidlər əsasən humus maddələrinin gilli minerallarla əmələ gətirdiyi və biryarımoksidlər formasında çökdürülmüş birləşmələrdən ibarətdir.

K.K.Hedroysa görə, torpağın uduculuq xassəsi dedikdə, onun həll olmuş birləşmələri və ya onların bir hissəsini, həmçinin kolloidlərə kimi parçalanmış üzvi və mineral hissəcikləri, canlı mikrorqanizmləri və kobud suspenziyanı tutub saxlamaq qabiliyyəti başa düşülür. Torpağın udma prosesində iştirak edən komponentlərinin cəmini K.K Hedroys torpaq uducu kompleksi (TUK) adlandırmışdı. TUK-un əsas hissəsini torpaq kolloidləri təşkil edir. K.K.Hedroys torpağın uduculuq qabiliyyətinin beş növünü ayırmışdır: mexaniki, fiziki, fiziki-kimyəvi və ya mübadiləli, kimyəvibioloji.

Mexaniki udma qabiliyyəti torpağı təşkil edən məsamələr vasitəsilə iri bərk hissəciklərin profilboyu tutulub saxlanmasıdır. Mexaniki udmaya bu anlayışla yanaşdıqda onu sorbsion proseslərə aid etmək olmur. Lakin son onilliklərdə torpaqlarda daxili diffuzion proseslərin olması, məsələn, üzvi və üzvi-mineral birləşmələrin molekullarının torpaq hissəciklərinin məsamələrində tutulub saxlanması faktı aşkar edilmişdir. Bu hadisəni sorbsion proseslərə aid etmək olar.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin