1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpaq əmələgətirən suxurların kimyəvi tərkibi



Yüklə 132,98 Kb.
səhifə24/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   20   21   22   23   24   25   26   27   ...   109
Torpaq coğrafiyaaı tam suallar

9. Torpaq əmələgətirən suxurların kimyəvi tərkibi .

Torpaq mineral, üzvi və üzvi-mineral maddələrdən ibarətdir. Kimyəvi tərkibinə görə o ilkin torpaqəmələgətirən süxurdan fərqlənir. Torpağın kimyəvi tərkibinin əsas xüsusiyytələri – tərkibində üzvi maddələrin və spesifik maddənin – humus maddələrinin, ayrı-ayrı element birləşmələrinin olması və onların zaman ərzində dəyişkənliyidir (dinamikliyi). Torpaqdakı mineral birləşmələrin mənbəyi dağ süxurlarıdır. Bu dağ süxurlarından yer qabığının bərk qatı – litosfer yaranmışdır. Üzvi maddələr torpağa orada yaşayan bitki və heyvanların həyat fəaliyyəti nəticəsində daxil olur. Ayrı-ayrı kimyəvi elementlərin litosfer və torpaqda miqdarı böyük ölçülərdə dəyişir.



Litosferin yarısı oksigendən (47,2%), dörddə bir hissəsi (27,6%) silisiumdan ibarətdir, qalanları isə alüminium (8,8%), dəmir (5,1%), kalsium, natrium, maqneziumdan (2-3%-ə kimi) ibarətdir. Bütövlükdə adı çəkilən elementlər litosferin ümumi kütləsinin 99%-i təşkil edir. Bitki qidasında böyük əhəmiyyət kəsb edən karbon, azot, kükürd, fosfor onda bir, yüzdə bir hissə təşkil edir. Həm litosferdə, həm də torpaqda birinci yerdə oksigen, ikinci yerdə silisium, sonra alüminium, dəmir və s. gəlir. Lakin torpaqda litosferlə müqayisədə karbon 20 dəfə, azot isə 10 dəfə çoxdur. Bu elementlərin torpaqda toplanması orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədardır. Onlarda karbon 18 %, azot 0,3 % təşkil edir. Litosferlə müqayisədə torpaqda oksigen, hidrogen (suyun elementi kimi), silisiumun miqdarı çox, alüminium, dəmir, kalsium, maqnezium, kalium və başqa elementlər azdır. Bu da aşınma və torpaqəmələgəlmə prosesləri ilə əlaqədardır.Torpaqda kimyəvi elementlər müxtəlif birləşmələr şəklində olur.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin