8. Torpağın humusunun əmələ gəlmə prosesi
Üzvi qalıqların bir hissəsi ümumi şəkildə humuslaşma adlanan, mürəkkəb çevrilmələr prosesindən keçərək torpağın spesefik humus maddəsinin tərkibinə daxil olur. Ən ümumi şəkildə humuslaşma anlayışını biokimyəvi və fiziki- kimyəvi proseslərin məcmusu kimi dərk etmək mümkündür. Bu proseslər nəticəsində üzvi maddələrin bəzi ümumi xassələrə və quruluşa malik spesifik humus maddəsinə çevrilməsi baş verir. Humuslaşmanın əhəmiyyətli kəmiyyət göstəricisi – humuslaşma əmsalıdır (Əh). Humuslaşma əmsalı üzvi qalıqların tam parçalanması zamanı tərkibindəki karbonun humus maddəsinə daxil olan hissəsidir (və ya faizlə ifadəsidir). Humuslaşma əmsalı konkret şəraitdən – hidrotermik rejimdən, bitkinin botaniki və biokimyəvi tərkibindən və üzvi qalıqların dozasından və s. asılıdır. Humuslaşma əmsalı 1-10% və daha çox dəyişə bilir. Hazırda humusəmələgəlmənin bir neçə konsepsiyası mövcuddur ki, onları nəzərdən keçirək:
Dostları ilə paylaş: |