1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə18/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   14   15   16   17   18   19   20   21   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Onurğalı heyvanlar. Torpaqəmələgəlmə prosesində fəal iştirak edən onurğalı heyvanlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmircilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır.
6.Torpaq əmələ gətirən suxurların qranulometrik tərkibi.

Torpaq və torpaqəmələgətirən süxurların bərk fazası müxtəlif ölçü lü hissəciklərdən ibarətdir. Bu hissəciklər qranulometrik elementlər adlanır. Mənşəyinə görə mineral, üzvi və üzvi-mineral hissəciklər fərqləndirilir. Qranulometrik elementlərin fraksiyaları torpaq və süxurun tərkibində müxtəlif kəmiyyət nisbətindədir. Torpaq və ya süxurda qranulometrik elementlərin fraksiyalarının nisbi miqdarı mexaniki və ya qranulometrik tərkibi adlanır. Qranulometrik tərkibinin müxtəlifliyinə görə torpaq və süxurları bir neçə qrupda birləşdirmək mümkündür. Bu qruplar fiziki, fiziki-kimyəvi və kimyəvi xassələri ilə səciyyələnir. Torpaq və süxurların qranulometrik tərkibinə görə təsnifatının əsasında fiziki qumla fiziki gilin nisbəti durur. Hazırda torpaq və süxurların qranulometrik tərkibinə görə təsnifatının N.A.Kaçinskiy sistemi daha məqbul hesab edilir. Bu təsnifatla qranulometrik tərkibinə görə əsas adlar fiziki qum və fiziki gilin miqdarına və əlavə olaraq üstünlük təşkil edən başqa fraksiyalar – çınqıl (3 -1 mm), qum (1 – 0,05 mm), iri toz (0,05-0,01 mm), orta və xırda toz (0,01 – 0,001 mm) və lil (< 0,001 mm) nəzərə alınmaqla verilir. Məsələn, çimli-podzollu torpağın tərkibi 28,1% fiziki gil, 37,0% qum, 34,9% iri toz, 16 % orta toz və 12,1% xırda tozdan ibarətdir. Bu torpağın qranulometrik tərkibinə görə əsas adı – yüngül gillicəli, əlavə olaraq, iri tozvari-qumlu olacaqdır.

Torpağın qranulometrik tərkibi torpaqəmələgəlmə prosesinə və torpaqlardan kənd təsərrüfatında istifadəyə böyük təsir göstərir. Torpaqda üzvi və mineral maddələrin çevrilməsi, qarışması və toplanması ilə bağlı bir sıra torpaqəmələgəlmə proseslərinin intensivliyi torpaq və torpaqəmələgətirən süxurların qranulometrik tərkibindən asılıdır. Nəticədə eyni təbii şəraitə, lakin müxtəlif qranulometrik tərkiblərə malik süxurlar üzərində müxtəlif xassələrə malik torpaqlar formalaşır. Torpağın qranulometrik tərkibindən asılı olaraq becərmə şəraiti, tarla işlərinin vaxtı, gübrələmə norması, kənd təsərrüfatı bitkilərinin yerləşməsi dəyişir. Qumlu və qumsal torpaqlar asanlıqla becərildiyindən, qədimdən onları yüngül torpaqlar adlandırırlar. Bu torpaqlar yaxşı sukeçiricilik və əlverişli hava rejiminə malikdirlər, onlar tez qızırlar. Lakin onlar bir sıra mənfi xassələrə, ilk növbədə aşağı nəmlik tutumuna malikdirlər. Ona görə də qumlu və qumsal torpaqlarda hətta rütubətli rayonlarda belə bitkilər su qıtlığından əziyyət çəkir.

Yüngül torpaqlarda humus və bitkinin qida elementləri azdır. Onlar aşağı uduculuq qabiliyyətinə malik olub, külək eroziyasına asanlıqla məruz qalırlar. Ağır gillicəli və gilli torpaqlar daha yüksək rabitəliliyi və nəmlik tutumu ilə seçilirlər. Onlar qida elementləri ilə daha yaxşı təmin olunmuş və humusla daha zəngindirlər. Struktursuz və zəif strukturlu torpaqlar içərisində yüngül gillicəli və orta gillicəli torpaqlar bir qədər əlverişli xassələrə malikdir. Əlverişli struktura malik qaratorpaqların yayıldığı bozqır rayonlarda qranulometrik tərkibinə görə yaxşı nəmlik ehtiyatı yaratmaq qabiliyyəti olan ağır torpaqlar – ağırgillicəli və gilli torpaqlar daha münbit hesab olunur.

Qranulometrik tərkibin qiymətləndirilməsi hər bir konkret halda kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətləri, onların torpaq şəraitinə olan tələbi nəzərə alınmaqla dəqiqləşdirmə tələb edir. Məsələn, kartof və bir sıra tərəvəz bitkiləri üçün qumsal və yüngül gillicəli torpaqlar daha əlverişli hesab olunur. Torpağın qranulometrik tərkibi ana süxurdan torpağa keçən kifayət qədər sabit diaqnostik əlamət hesab olunur. Torpaqdan düzgün istifadə onun xassələrini yaxşılaşdırır. Struktursuz qumlu torpaqların xassələrinin əsaslı yaxşılaşdırmaq üçün onu gilliləşdirmək, gilli torpaqları isə yüksək gübrələmə fonunda qumlulaşdırmaq lazımdır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin