1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpağın strukturunun itirilməsi və bərpası



Yüklə 132,98 Kb.
səhifə31/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   27   28   29   30   31   32   33   34   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpağın strukturunun itirilməsi və bərpası.

Torpağın strukturu dinamikdir. O, müxtəlif amillərin təsiri altında parçalanır və bərpa olunur. Bu prosesin idarə edilməsi torpağı lazımi struktur vəziyyətdə saxlamağa imkan verir. Strukturun itirilməsinin səbəbləri aşağıdakılardır: mexaniki dağılma, fiziki-kimyəvi və bioloji dağılma.

Strukturun mexaniki dağılması torpağın becərilməsinin, səthində maşınların, insan və heyvanların hərəkəti, yağış damcılarının zərbələri altında baş verir. Torpaq strukturunun mexaniki dağılmasının qarşısını almağın ən əhəmiyyətli yollarından biri - torpağın nəm şəkildə şumlanması, becərilmənin minimum həddə aparılmasıdır. Strukturun itirilməsinin fiziki-kimyəvi səbəbləri torpaq uducu kompleksində iki valentli kationların (kalsium və maqnezium) bir valentli (natrium və ammonium) kationlarla mübadilə reaksiyasıdır. Bu zaman qranulometrik elementləri aqreqatlarda bir-birinə bərkitmiş kolloidlər (əsasən humus maddəsi) nəmliyin təsiri altında peptitləşir və struktur elementlər parçalanır. Ona görə də torpaqların kimyəvi meliorasiyası (əhəngləşdirmə, gipsləndirmə və s.) TUK-ni mübadilə olunan kalsiumla zənginləşdirməklə torpağın strukturunun yaxşılaşmasına səbəb olur.

Torpağın strukturunun itirilməsinin bioloji səbəbləri ilk növbədə strukturun yaranmasında əsas yapışdırıcı vasitə kimi iştirak edən torpaq humusunun minerallaşması ilə əlaqədardır.

Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı strukturun bərpası və qorunması aqrotexniki vasitələrlə həyata keçirilir. Torpağın strukturluğunun yaxşılaşdırılması süni strukturəmələgətiricilər vasitəsilə də mümkündür.

Davamlı struktur həm çoxillik otların, həm də birillik kənd təsərrüfatı bitkilərinin təsiri altında bərpa olunur. Buğda, günəbaxan, qarğıdalı güclü kök sistemi yaratmaqla torpağa kifayət qədər güclü strukturəmələgətirən amil kimi təsir göstərir. Zəif kök sistemi olan kətan, kartof və kələm torpağa zəif strukturəmələgətirici kimi təsir göstərir.

Yüksək məhsuldarlıq şəraitində çoxillik ot bitkiləri (xüsusən də paxlalı-taxıllı otqarışığı və paxlalılar) torpağı birillik kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha çox strukturlaşdırır. Bu onunla izah olunur ki, çoxillik ot bitkiləri güclü və geniş şəbəkələnmiş kök sistemi yaradırlar. Onların kök və yarpaq-gövdə qalıqlarının (əkin qatında 14-18 t/ha) tərkibində xeyli miqdarda zülal, karbohidrat və başqa birləşmələr vardır ki, mikroorqanizmlərin fəaliyyətinə və humus maddələrinin əmələ gəlməsinə əlverişli təsir göstərir.

Torpağın sturukturlaşmasına üzvi gübrələr - peyin, torf kompostu, sideratlar böyük təsir göstərir. Mineral gübrələr də həmçinin torpağın strukturunu yaxşılaşdırır. Onun tətbiqi ilə bitkilərin kök sistemi daha güclü və geniş şəbəkə yaradaraq struktur əmələgəlməni sürətləndirir.

Torpağın süni strukturlaşdırılması üzvi tərkibli strukturəmələgətirən maddələrin polimerlərin, sopolimerlərin tətbiqi ilə həyata keçirilir.





  1. Yüklə 132,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin