1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə43/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   39   40   41   42   43   44   45   46   ...   109
Torpaq coğrafiyaaı tam suallar

23) Dağ meşə torpaqları.

Dağ – meşə-çəmən torpaqları müstəqil tip kimi ilk dəfə M.E.Salayev (1991) tərəfindən ayrılaraq təsvir Edilmişdir. Göstərilən torpaqların aşağıda verilən təsviri həmin müəllifin tədqiqat materiallarına əsaslanır. Bu Torpaqlar meşələrin yuxarı sərhəddində 1800 (-2000), 2100 (2200) m yüksəkliklərdə yayılmışdır.

Göstərilən torpaqların yayıldığı ərazilərin landşaft elementləri keçid meşə-çəmən qurşağının əlamətlərini Özündə əks etdirir. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlarla örtülü geniş talalar səciyyəvidir.

Meşə-çəmən qurşağının iqlim şəraitini xarakterizə edən meteoroloji məlumatlar kifayət qədər deyildir. Lakin bir neçə meteoroloji stansiyanın (Əlibəy, Göy-göl) məlumatlarına əsasə bu qurşağın iqliminin alp və Subalp çəmənlərinin iqliminə nisbətən mülayim olduğunu qeyd etmək olar. Ərazinin orta illik temperaturu 5,7-6,10, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperaturların cəmi 2000-25000Arasında dəyişir. Rütubətlənmə əmsalı 1-dən böyük olmaqla Böyük Qafqazda 2,2, Kiçik Qafqazda 1,4-əBərabərdir. İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar üçün yuyucu su rejimi səciyyəvidir. Yüksək çınqıllılıq Və ərazinin parçalanması bu rejimin mövcud olması üçün əlverişli şərait yaradır.

Bu qurşağın bitki örtüyü əsasən alçaq boylu ağaclardan, sərilən kollardan, ağcaqayın, tozağacı və palıd Ağaclarından ibarət park tipli meşələrdən və onların arasında yayılan taxılkimi-müxtəlif otlarından ibarət Çəmənlərdən ibarətdir. Ot bitkiləri bütöv şəkildə deyil, ayrı-ayrı “dillər” şəklində işıqlı meşələrə daxil olur. Onlar tərkib və strukturuna görə subalp çəmənlərindən fərqlənir və daha çox keçid xarakteri daşıyır.

Ümumiyyətlə, meşəkənarı bitki örtüyü meşə və subalp qurşağı bitkilərinin cəmindən ibarətdir. Ot örtüyü çox Müxtəlif olub, çoxmərtəbəli, hündürlüyü 60-80 sm olan sıx otlardan ibarətdir. Kiçik Qafqazın yuxarı meşə Kənarlarında yastıyarpaq tarlaotu, çəməntopalı, ətirli sünbül, çəmən üçqıllısı, Qafqaz nazikbaldırı, çəmən Yoncası, şübhəli yonca, qırmızısaplaq şehduran və s. Üstün yer tutur. Torpaq səthində hər il böyük miqdarda Bitki töküntüləri toplanır. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s/ha (quru ot hesabı ilə), Kiçik Qafqazda İsə 40-60 s/ha arasında tərəddüd edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə əlverişli temperatur və Rütubətlənmə şəraiti, fitokütlənin miqdarının kifayət qədər yüksək olması ilə əlaqədar olaraq bioloji dövran da İntensiv şəkildə baş verir, üzvi maddələrin parçalanması daha sürətlə gedir. Meşə-çəmən qurşağında bioloji Dövranın intensivliyi alp qurşağında olduğundan xeyli yüksəkdir.

Yumşaq delüvial və delüvial-prolüvial süxurlar üzərində formalaşmış dağ meşə-çəmən torpaqların Morfologiyası üçün qalın, tam inkişaf etmiş profil səciyyəvidir. Bununla yanaşı, yamaclarda bərk süxurlar üzərində bu torpaqların yuxa, çınqıllı növmüxtəlifliklərinə təsadüf edilir.

Yüksək dağlıq sahədə nisbətən məhdud yayılması, həmçinin nomenklatura qeyri-müəyyənliyi ilə əlaqədar Olaraq, Azərbaycanın dağ meşə-çəmən torpaqları genetik nöqteyi-nəzərdən kifayət qədər öyrənilməmişdir. Bu Torpaqlar Azərbaycan torpaqlarının sistematikasında müstəqil tip kimi qəbul edilməmişdir. Ədəbiyyatda bəzi Azərbaycan torpaqşünasları bu torpaqları çimli dağ-çəmən torpaqları kimi təsvir edirlər. Lakin yuxarıda Verilmiş analiz meşə-çəmən torpaqlarını müstəqil tip kimi ayırmağa imkan verir.




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin