1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Quru subtropik bozqurların torpaqları



Yüklə 132,98 Kb.
səhifə51/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   47   48   49   50   51   52   53   54   ...   109
Torpaq coğrafiyaaı tam suallar

28.Quru subtropik bozqurların torpaqları

Boz-qəhvəyi (şabalıdı) torpaqlar quru subtropik bozqırlar zonasında inkişaf etmişdir. Əvvəllər Azərbaycanda və Gürcüstanda bu torpaqlar Şərqi Zaqafqaziya şabalıdı torpaqları kimi tanınırdı. Lakin bu torpaqlar xassə və rejimlərinə, həmçinin kənd təsərrüfatı istifadəsinə görə şimalda yerləşmiş şabalıdıtorpaqlardan fərqlənir. Bu torpaqlar Cənubi Qafqazda ilk dəfə A.N.Rozanov tərəfindən sərbəst torpaq tipi kimi ayrılmışdır.



Genezisi. Boz-qəhvəyi (şabalıdı) torpaqlar düzən, dağətəyi və alçaq dağlıq ərazilərdə yayılmışdır. Onlar karbonatlı süxurlar üzərində kserofit ot və kol bitkiləri altında qısa rütubətli və mülayim qışı və uzun isti və quru yayı olan subtropik iqlim şəraitində formalaşmışlar. 100C-dən yuxarı temperaturların cəmi bu torpaqların yayıldığı ərazilərdə 4000-42000C təşkil edir. İqlimin quruluğu (RƏ 0,2-0,5) üzvi qalıqların fəal minerallaşmasını təmin edir. Ona görə boz-qəhvəyi torpaqlar humusun azlığı ilə səciyyələnir. Yağıntıların nisbətən azlığı (220-500 mm) və yüksək temperaturların uzun müddət davam etməsi torpaqdaxili aşınmaya səbəb olur ki, nəticədə aşınmanın və torpaqəmələgəlmənin zəif həll olan məhsullarının torpaq profilində toplanmasına şərait yaranır. Ona görə də boz-qəhvəyi torpaqlar bir qayda olaraq torpaq profilinin orta hissəsində gilləşmişdir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin