1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə48/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   44   45   46   47   48   49   50   51   ...   109
Torpaq coğrafiyaaı tam suallar

25) Qonur dağ meşə torpaqları

Bu topaqların yayılması bioiqlim və torpaqəmələgətirən amillərin Təsiri ilə sıx əlaqədardır. Qafqazda, o cümlədən Azərbaycanda yayılmış Qonur dağ – meşə torpaqları bir sıra tədqiqatçılar S.A.Zaxarov, O.N.Mixailovskaya, H.Ə.Əliyev, M.E.Salayev, P.V.Kovalyev, M.N.Sabaşvili, S.V.Zonn, V.M.Fridland, B.İ.Həsənov, X.N.Həsənov və başqaları tərəfindən öyrənilmişdir.M.E.Salayev

Kiçik Qafqazda yayılmış qonur dağ - meşə torpaqlarını xarakterizə edərkən onların aşağıdakı xüsusiyyətlərini müəyyən etmişdir: a)ilkin alümosilikatların qüvvətli aşınması nəticəsində profilin gilləşməsi; b)nisbətən böyük udma tutumuna malik olması; q)üzvi qalıqların çürüməsi nəticəsində kobud humus maddələrinin toplanması, udulmuş alüminium olması və s. Morfoloji nişanələrinə görə qonur dağ-meşə torpaqları qəhvəyi dağ-meşə torpaqlarından xeyli fərqlənir. Bu torpaqların üst qatını (A0) 2-3 sm qalınlıqda xəzəl təbəqəsi örtür. “A1” qatı qonur, qaramtul-qonur rəngi, topavari-qozvari strukturası və köklərin rizləri ilə hopan humus axınlarına təsadüf edilir.“B” qatı yüksək dərəcədə gilləşməsi ilə nəzəri cəlb edir. Adi bir hal olaraq karbonatlar torpaq profilindən yuyulmuşdur. Lakin bəzən ana süxurun (“C” yaxud “D” qatının) karbonatlı olması üzündən bu torpaqlar HCl təsirindən qaynayırlar.

Qonur dağ-meşə torpaqlarının bozqırlaşmış yarım tipləri qırılmış meşələrin yerində, yaxşı rütubətlənmə şəraiti olmayan sahələrdə rast gəlir. Bu torpaqlarda bitki örtüyünün və bununla əlaqədar olaraq hidrometrik rejimin dəyişməsi nəticəsində torpağın səthində çim qatı yaranır, yaxşı dənəvari struktura əmələ gəlir, hətta humus qatının qalınlığı artmaqla, bəzən karbonat yenitörəmələri nəzərə çarpır.

Çürüntülü-karbonatlı dağ - meşə torpaqları karbonatlı süxurlar üzərində əmələ gəlir. Burada profil boyu karbonatlar nöqtə və damarlar şəklində 30-40 sm dərinlikdən və bəzən daha dayazdan görünməyə başlayır.Tam inkişaf etməmiş qonur dağ-meşə torpaqları sıldırım yamaclarda inkişaf etdiyindən onlar morfoloji cəhətdən çox gödək profilə malikdirlər. Bu torpaqlarda narın torpaq qatının qalınlığı 40-60 sm–dən artıq deyildir. Bəzən karbonatlı olmaqla eroziya prosesinə məruz qalmışıdır. Bu torpaqlar üçün yüksək skeletlik xarakter əlamətdir. Qonur dağ-meşə torpaqları mexaniki tərkiblərinə görə gilli, ağır və orta gillicəlidir. Bəzi hallarda 0,05mm-dən böyük olan hissəciklər üstünlük təşkil edir və lil hissəciklərin aşağı qatlara yuyulması zəif olur.Qonur dağ-meşə torpaqlarında humusun miqdarı xeyli yüksək olub, üst qatlarda 5,0–10,0%, hətta 13%-ə belə çatır. Çürüntülü–karbonatlı yarım tiplərində humus 16-17%-ə kimi qalxır. Ümumi azot da humusla yaxşı korelyasiya olunaraq üst qatda 0,36 – 0,63% arasında dəyişir. Bu torpaqların yarım tiplərindən asılı olaraq humusun profil boyu paylanma vəziyyəti dəyişir.

Karbonun azota nisbəti xeyli genişdir (8,1– 12,7) və bu nisbət aşağı qatlara getdikcə daralır.Qonur dağ - meşə torpaqları əsaslarla doymuşdur. Udulmuş kalsiumun miqdarı xeyli yüksək olub, udulmuş əsasların cəmindən 75,0- 90%-ə çatır. Udulmuş hidrogen bəzən olmayır, ya da əhəmiyyətsiz dərəcədə olur. Lakin bu torpaqların podzollaşmış yarımtipində udulmuş hidrogen 3,6 – 6,0% müəyyən edilmişdir. Qonur dağ - meşə torpaqlarının reaksiyası turş (4,8 - 5,4), zəif turş (6,5) mühitə malikdir. Təkcə onun bozqırlaşmış və çürüntülü - karbonatlı yarım tipi neytral (7,1) və qələvi (8,2) (alt qatda) reaksiyalıdır.Qonur dağ-meşə torpaqlar orta dağlıq zonada yayılmaqla mürəkkəb relyef formasına malikdir . Həmin torpaqların meşə örtüyü altında olması və bu mürəkkəb relyef şəraiti onların kənd təsərrüfatı bitkiləri üçün istifadəsinə imkan vermir. Lakin bozqırlaşma prosesinə məruz qalan adda-budda sahələr kartof və dənli bitkilər əkini üçün mənimsənilmişdir. Unutmaq lazım deyil ki, qonur meşə torpaqları sıx meşə örtüyü altında yayılmışdır. Meşə örtüyü bu zonada iqlim yaratmaq, su saxlamq və torpağı eroziyadan qorumaq kimi rol oynayan mühüm amildir.




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin