1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə55/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   51   52   53   54   55   56   57   58   ...   109
Torpaq coğrafiyaaı tam suallar

29.Yarımsəhraların torpaqları

Yarımsəhra zonasının zonal torpaq tipi qonur yarımsəhra torpaqlarıdır. Bu torpaqlar çəmən-bozqır qonur torpaqlarla birgə təqribən 94 mln.ha sahəni əhatə edir. Bu torpaqların əsas massivi Xəzər və Aral dənizlərinin şimal sahillərində, Qazaxıstan xırda təpəliyinin cənub hissəsində yerləşmişdir.



İqlimi. İqliminin səciyyəvi cəhəti – kəskin kontinentallıq və quruluqdur. Orta illik yağıntıların miqdarı ayrı-ayrı illərdə 125-250 mm arasında tərəddüd edir. Yağıntıların üçdə biri yay mövsümündə düşür. Buxarlanma yağıntılardan 4-5 dəfə çoxdur və təqribən 700-900 mm təşkil edir. Bununla əlaqədar torpaqda nəmliyin kəskin defisiti yaranır. Qışı qısa, soyuq, az qarlı olub, güclü küləklərlə müşayiət olunur. Qar örtüyünün qalınlığı 20-30 sm-dən çox deyildir, ayrı-ayrı illərdə onun qalınlığı 10 sm-ə çatmır. Yaz qısa, quru, yay uzun, isti və hədsiz qurudur. Ən isti ayın temperaturu 20,5-26,50C, ən soyuq ayın temperaturu isə - 10 -150C-dir. Orta illik temperatur 6-70 C, şaxtasız günlərin sayı 160-190 gündür. 100 C-dən yuxarı temperaturların cəmi 3000-37000C təşkil edir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin