1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Subboreal yarımsəhra və səhra vilayətləri



Yüklə 132,98 Kb.
səhifə105/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   101   102   103   104   105   106   107   108   109
Torpaq coğrafiyaaı tam suallar

Subboreal yarımsəhra və səhra vilayətləri. Mərkəsi Asiya yarımsəhra və səhra vilayəti Mərkəzi Asiya, Monqolustan və Çinin bir hissəsini əhatə edir. Bu vilayətin torpaq örtüyü qonur yarımsəhra, boz-qonur səhra, qumluqlar, takır və şoranlıqlardan ibarətdir. Bu vilayətin torpaqları əsasən köçəri heyvandarlıqda istifadə olunur.

57. Azərbaycanın torpaqları.

Azərbaycann torpaq örtüyünün əmələ gəlməsində refyef və iqlim mühüm rol oynayır. Bu amillərin təsiri nəticəsində respublika ərazisində torpaqlar əsasən şaquli qurşaqlar üzrə yerləşir. Ölkədə torpaqların 25 tipi, 60 yarımtip formaları mövcuddur.

Respublikada şabalıdı torpaqlar (boz-qəhvəyi) 400-800 m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlarda humusun miqdarı 2,5-3,5%-dir. Böyük və Kiçik Qafqaz dağlarında, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində, Acınohur və Ceyrançöl alçaq dağlıq zonalarında bu torpaqlar 600 m-ə qədər, Naxçıvanda isə 1000 m-dən də yuxarı qalxır. Aşağıdan yuxarı getdikcə açıq şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlar bir-birini əvəz edir. Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində açıq şabalıdı torpaqlar, Acınohurda tünd şabalıdı torpaqlar üstünlük təşkil edir.

Dağlarda 700-2000 m yüksəklikdə dağ-meşə torpaqları əmələ gəlmişdir. Aşağı zonalarda, nisbətən quraq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları yayılır. Seyrək meşələr və kolluqlar bitən bu torpaqlarda humusun miqdarı 5-7%-dir. Yuxarı hissələrdə qonur dağ-meşə torpaqlarına rast gəlinir. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar qonur dağ-meşə torpaqları geniş sahə tutur. Naxçıvanda isə quraq iqlim olduğuna görə bu torpaq tipi yoxdur.

Azərbaycanda Böyük Qafqazın cənub-şərqində, Qarabağ və Murovdağ silsilələrinin şimalında dağ-qara torpaqları yerləşir. Bu torpaqlarda humus 6-6,5%-dir. Talış dağlarının aşağı hissələrində və Lənkəran ovalığında sarı və qırmızı torpaqlar vardır.

Alazan-Əyriçay vadisi, Samur-Dəvəçi ovalığı və Şollar düzü çəmən-meşə torpaqları ilə örtülüdür. Talış dağlarının şimal ətəklərində allüvial-çəmən torpaqlar, Qızılağac körfəzinin sahillərində, Kür çayı və Baş Şirvan kollektoru boyu bataqlıq-çəmən torpaqları əmələ gəlmişdir.

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində dağ-çəmən torflu torpaqlar formalaşır. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır.

Humusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır. Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində - qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:

1. Yarımsəhra və quru-çöl iqlimə malik Azərbaycan düzənliklərində boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Suvarma şəraitində pambıq, taxıl və bol meyvə yetişdirilir. Qış otlağı kimi istifadə olunur. Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeronda, Şərur və Ordubad düzənliklərində tala şəklində yayılıb.

2. 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində şabalıdı torpaqlar yayılıb. İqlim qismən rütubətli olduğundan Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acınohurda – tünd şabalıdı; Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan – açıq şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə şəraitində üzüm, taxıl, günəbaxan, kartof və tərəvəz becərilir.

3. 700-2000 m arasında mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı, qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə - qəhvəyi torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir. Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm yetişdirilir.

4. 1800-2000 m-dən hündür sahələrdə yağıntı sularının təsiri ilə dağ-çəmən torpaqları yayılmışdır.

5. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələ gəlməsi üçün şərait yoxdur.

6. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında - allevüal-çəmən torpaqları yayılıb.

Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin